Mövzunun izahı İnformasiya nadir fərdin ali fəaliyyətinin məhsulu olduğuna
görə, o, şəxsi və fərdidir. İnformasiya şəxsidir, yəni yarandığı mə-
qamda öz yaradıcısının nadir şəxsiyyətinin izini daşıyır. İnfor-
masiya fərdidir, yəni yarandığı məqamda yaradıcısının adı artıq
onun ayrılmaz elementidir. Zaman keçdikcə informasiya yuxarıda
göstərilən xassələrini itirə bilər. Bunun başlıca səbəbi informasiya
məhsulundan digər fərdlər tərəfindən ali fəaliyyətin resursu kimi
istifadə olunmasıdır. Nəticədə çoxsaylı fərdlərin nadir xassələ-
rinin izini daşıyan yeni informasiya məhsulu yaradılır, bu zaman
ilkin informasiya məhsulu qismən və ya tamamilə şəxssizləşir. Məhsulunşəxssizləşməsi dərəcəsi hər bir fərdin yaradıcı iştirakın-
dan asılıdır. 1-ci şəkildə A fərdi tərəfindən yaradılmış informasiya
məhsulunun B fərdi tərəfindən ali fəaliyyət resursu kimi istifadəsi
nəticəsində şəxssizləşməsi prosesi sxematik təsvir edilmişdir. B fərdinin ali fəaliyyət məhsulunun hər iki fərdin nadir
keyfiyyətlərinin izini daşıması halı şəkildə «A+B-nin keyfiyyəti»
kimi göstərilmişdir.