İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə56/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   156
nformatikanin saslari

Hadisəvi prosedurlar. Hər bir hadisəyə obyektin müəyyən münasibətini, başqa sözlə, reaksiyasını proqramlaşdırmaq olar. İstifadəçi qrafik interfeysin hər hansı elementinə mışla təsir etdikdə icra edilən əməllər hadisəvi prosedurlar sayılır. Prosedurun adı obyektin adından və hadisənin adından ibarətdir:
Obyekt_Hadisə ()
Beləliklə, hadisəvi prosedur dedikdə, müəyyən hadisənin reallaşdırılmasından sonra icraya başlayan alt proqram nəzərdə tutulur.
Hadisəvi prosedurda bir-neçə obyekt iştirak edə bilər. Məsələn, birinci obyektdə baş verən hadisənin nəticəsində ikinci obyektin xassələri qiymətcə dəyişə bilər və üçüncü obyekt hansısa metodu reallaşdırar və s.
Hadisəvi prosedur alt proqram olduğundan, Sub100 açar sözlə başlayıb, End Sub açar
sözlə bitir:
Sub Obyekt (1)_Hadisə ()
Obyekt (2) .Xassə = QiymətXassə
Obyekt (3) .Metod arq1:=qiymət, arq2:=qiymət
...

End Sub



      1. Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit101

Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit istifadəçiyə münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni layihə üzərində işə başlamaq üçün File-New-Standart əmrini daxil etmək lazımdır. Bu halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır.
İnteqrasiya edilmiş mühit pəncərəsinin yuxarısında sərlövhə sətri var ki, burada da Project1- Microsoft Visual Basic [design] göstərilir.102 Pəncərənin idarə düymələri sərlövhə sətrinin sağ ucundadır.
Sərlövhə sətrinin altında baş menyü sətri vardır.
Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir.
Formalar konstruktoru pəncərəsi. Bu, əsas işçi pəncərədir və inteqrasiya edilmiş Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl- ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni, frm1 obyekti məhz konstruktor pəncərəsində yerləşir. Formanın yerini və ölçüsünü dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur.
100 subroutine – alt proqram
101 Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD-ROM-dan yükləmək lazımdır.
102 Project1 - layihənin müvəqqəti adı, Microsoft Visual Basic - proqram mühiti, [design] - cari iş rejimi - layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin