İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə57/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   156
nformatikanin saslari

Proqram kodu pəncərəsi. Proqram kodu proseduru saxlanan modul forma ilə sıx bağlıdır. Mətni daxil etmək və redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View-Code] əmri ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada yerləşdiriləcək layihə obyektlərini, sağ siyahı isə seçilmiş obyekt üçün mümkün olan hadisələri əks etdirir.
Alətlər paneli. İnteqrasiya edilmiş mühit pəncərəsinin sol hissəsində alətlər paneli (ToolBox) var ki, burada da idarəedici elementlərin piktoqramları yerləşir. İdarəedici elementlərin standart yığımı 21 obyekt sinfini əhatə edir. Buraya: CommandButton (əmr düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş- dirmək imkanı da vardır. Məsələn, standart siyahıya mətn sahəsinin təkmilləşdirilməsi (RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək olar. Alətlər panelindəki lazımi elementi mışla seçib layihələşdirmə formasına gətirmək mümkündür. Bu zaman həmin elementin üzü köçürüldüyündən, istənilən sayda nüsxə köçürmək olur: Command1, Command2, Command3 və s.
Obyektin xassələri pəncərəsi. Sağ tərəfdə obyektin xassələri (Properties) pəncərəsi yerləşir. Bu pəncərədə artıq seçilmiş obyektlərin və onlara aid olan xassələrin siyahısı verilmişdir. Xassələrin siyahısı iki sütundan ibarətdir.Sol sütunda xassənin adı, sağda qiyməti əks etdirilir. Susma rejimində verilmiş qiymətləri dəyişmək olur. Xassə obyektin kəmiyyət və keyfiyyət cəhətlərini (ölçüsünü, rəngini, şrifti və s.) əks etdirir. Bəzi xassələr üçün qiymətləri siyahıdan seçmək imkanı da mövcuddur. Məsələn, fonun rəngini (BackColor) siyahıdan seçmək olur.
Obyektlərə baxış pəncərəsi (Object Browser) [View-Object Browser] əmri ilə çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt və ya obyekt sinfi seçilir, sağ sütunda seçilmiş obyektə aid xassələr, metodlar və hadisələr yığımı ekrana çıxır. Məsələn, sol sütunda Form obyektlər sinfi seçilərkən sağ sütunda Caption xassəsi, Circle metodu və Click hadisəsi pəncərəyə çıxır. Siyahıdakı elementi, məsələn, Click hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin