İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə34/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
referat 3325

13) Ahəngdarlıq prinsipi. Qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək idarəetmə aparatının bütün həlqələrində işin bərabər səviyyədə yerinə yetirilməsini özündə əks etdirən vahid ahəngin olmasını tələb edir.

İdarəetmə aparatının bütün həlqələrində və hər bir iş yerində işin ahəngdarlığına nail olunması müəssisənin işinin keyfiyyətinə və səmərəliliyinə müsbət təsir edir;



14) Qənaətçillik prinsipi. Optimal xərclərlə maksimum nəticə əldə etmə.

İstehsalın idarə olunmasının başlıca vəzifəsi - adamlarla maşınlar arasında optimal istehsal əlaqəsi yaratmaq, istehsalat bölmelərinin işini dəqiqləşdirmək və əlaqələndirmək əsasında az xərclə çox məhsul istehsalına nail olmaqdan ibarətdir.

Beləliklə, istehsalın idarə olunmasının da özünəməxsus texnologiyası, yəni işlərin ardıcıl görülmə sistemi, qaydası vardır: birincisi, məlumat (informasiya) tsikli (elmi-texniki, iqtisadi, təşkilati və sosioloji məlumatları axtarmaq, toplamaq, vermək, işləyib hazırlamaq, mühafızə etmək); ikincisi, qərarın işlənilib hazırlanması və qəbul olunması; üçüncüsü, icraetmə üçün təşkilati təsir etmə.

İdarəetmə sahəsində əməyin səmərəliliyi və onun təşkil olunması aşağıdakı şərtlərdən asılıdır: a) təşkilati amillər (idarənin səmərəli quruluşu, dəqiq funksional əmək bölgüsü, yüksək təşkilatçılıq mədəniyyəti, kadrların seçilməsi və yerləşdirilməsi, təlimkeçirmə, sərəncamvermə, icranın yoxlanılması, sənədlərin qaydada olması, idarə işinin planlaşdırılması, sənədlərin qaydada olması, idarə işinin planlaşdırılması, əmək intizamı, iş vaxtından istifadə); b) iqtisadi amillər (müəssisə və sexin təsərrüfat hesabı sistemi, maddi həvəsləndirmə sistemləri, maddi məsuliyyət); v) ictimai-psixoloji amillər (rəhbər işçinin nüfuzu, şəxsiyyətlərarası münasibətlər, rəhbər işçinin psixoloji xüsusiyyətləri, işdə münaqişə vəziyyəti, mənəvi həvəsləndirmə sistemi); q) fızioloji amillər (idarə aparatında sanitariya-gigiyenik əmək şəraiti, yorğunluq, artıq fıziki yüklənmə-makinəçilər, hesablayıcı maşın operatorları, hesablayıcılar və s.) ğ) texniki amillər (idarəçilik və habelə mühəndislik əməyinin mexanikləşmə səviyyəsi, rabitə sistemi, texnikadan istifadə, mütəxəssisin texniki mədəniyyəti).

Bütün bunlar idarəetmə sistemini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir və müəssisə və ya sex rəhbərindən hərtərəfli, geniş dünyagörüşünə malik olmağı tələb edir. Ona görə də müəssisə və ya sex rəhbəri aşağıdakı keyfıyyətlərlə, malik olmalıdır: a) mənəvi dünyagörüşlü olma; b) texnikanı, texnologiyanı, iqtisadiyyatı, istehsalın və idarənin təşkilini, bütün istehsal prosesinin gedişini dərində bilən bir mütəxəssis olmalıdır (müəssisə və sexdə texniki, istehsal və iqtisadi xidmətin təşkili xeyli dərəcədə müəssisə direktoru və sex rəisinin təhsil, təcrübə və bacarığından asılı olur); v) işi və adamları seçməyi, kadrları tərbiyə etməyi bacaran yaxşı, istedadlı təşkilatçı olmalıdır. Burada saflıq, həqiqətpərəstlik, insanlıq, ədalətlilik, sadəlik, təvazökarhq, hər kəsin yerini bilmək kimi şəxsi keyfıyyətlər təşkilatçılıq bacarığı ilə düzgün əlaqələndirilməlidir.

İstehsalın idarə olunması dedikdə, optimal texniki-iqtisadi nəticələr əldə etmək üçün müxtəlif üsullar (iqtisadi, təşkilati-inzibati, ictimai-tərbiyə) və vasitələrin köməyi ilə həyata keçirilən fasiləsiz məqsədəuyğun ictimai iqtisadi və təşkilati-texniki proseslər sistemi başa düşülür.

Müəssisələrdə idarəetmə sistemi təsərrüfatın idarə olunmasının elmi prinsiplərinə əsaslanır. Bu prinsiplərə əməl olunması idarəetmə sisteminin çevik, operativ, planlı, qənaətçilik və işgüzar bir səviyyədə təşkil olunmasının başlıca rəhnidir.

İdarəçilik əməyinin təkmilləşməsində mühəndislərin, texniklərin və qulluqçuların sayının mütərəqqi normativləri əsasında müəyyən edilməsi, xidmət normalarının, idarəetmə funksiyalarının dəqiqləşdirilməsi, idarə işlərinin əməyinin səmərəli təşkili də mühüm rol oynayır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin