İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı olmazdımı?



Yüklə 1,02 Mb.
səhifə73/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   69   70   71   72   73   74   75   76   ...   169

Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı olmazdımı?


Doktor Qulamrzanejad: Bunların heç biri yaxşı deyil, bunların hamısı pisdir, zərərlərlə doludur, amma siqaret qəlyandan daha pisdir.2


SON SÖZ


Siqaret və ona bənzər tütün məmulatlarının istifadəsi haqda son sözümü universitet müəllimi və ürək həkimlərindən birinin məşhur cümləsi ilə yekunlaşdırıram. O deyir: "Hər bir siqaret çəkən bir gün siqareti tərgidəcəkdir, amma kaş ki o gün gec olmayaydı".

Narkotik maddələr


Mərcəi-təqlidlərin fətvasına əsasən narkotik maddələrə qurşanmaq haram hesab edilir. Bu baxımdan biz bu maddələrin zərərlərinin kiçik bir hissəsinə toxunaraq, sözün uzanmaması üçün onun iqtisadi, ictimai, ailəvi və axirətlə bağlı çoxsaylı zərərlərini qeyd etməyi lazım bılmirik.

Narkotik maddələrin cismi zərərləri:

1 - Mədədə və bağırsaqlarda həzm pozuntusu. Ürəkbulanma, iştahanın azalması, ishal, qusma, qanda şəkərin artması, meri xərçəngi, mədə və on iki barmaq bağırsaqda yara, mədə şirəsinin və öd kisəsinin ifrazının azalması və ifrat dərəcədə arıqlığı buna şamil etmək olar.

2 - Gözün qeyri-təbii yumulub-açılması, gözün qaranlıq gətirməsi, göz şəbəkisindəki kapilyar damarlarda pozuntu və gözün vaxtından tez görmə qabiliyyətini itirməsi.

3 - Ağciyərlərdə çatışmazlıqların üzə çıxması, çətin nəfəs alma, tənəffüsün zəifləməsi və dayanması, agciyər xərcənginin meydana gəlməsi, bronxit, astma və nəfəs borularının tutulması.

4 – Kişi və qadında cinsi meylin korlanması, öz-özünə axıtma, kişilərdə döşlərin böyüməsi.1

5 – Narkomanlar adi şəxslərdən 8 dəfə artıq xaya xərçənginə yoluxurlar.2

6 - Bağırsaqların fəaliyyətinin dayanması üzündən, onlarda güclü quruluq yaranır, bu da qida maddələrinin və vitaminlərin cəzbində problemlər yaradır. Bu da öz növbəsində, hüceyrələrin hamısının qida ilə təmin edilməməsinə səbəb olaraq, onların tədricən məhv olmasına gətirib çıxarır. Bu zaman vaxtında müalicə etməmə, narkomanın ölümü ilə nəticələnə bilər.

7 – Narkomanlar müxtəlif dəri xəstəliklərinə düçar olurlar. Bu xəstəliklər narkotik maddələri iynə ilə bədənə vuran şəxslərdə daha artıqdır.

8 – Təhlükəli mikroblar, çirklər, çəkinin düşməsi, düzgün qidalanmama, əzələ zərərləri, qaraciyər və böyrəkdə narahatçılıqların yaranması, QİÇS, hepatit, ürək ağrıları, ürək və beyin infarktları və yuxu pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə olmağın ölümlə sonlanan ziyanlarından sayılır.1



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin