Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə39/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   35   36   37   38   39   40   41   42   ...   75
İNANILMAYIR1
“Ölmüş”, – dedilər... İnanmadım. Ən istedadlı yazıçının, ən ye­tiş­miş bir qələmin aramızdan getməsinə inanılırmı? Ondan hələ bir çox əsərlər gözləyirdik. Əlində hər bir imkan vardı... Lakin amansız ölüm bunları nəzərə almadı... O ölmüş, ancaq bir cığır açmış, bir yol qoymuş[dur]. Böyük yoldaşımızın açdığı yolu xali qoymayacağımıza söz verib, onu şad etməliyik.
Y.Vəzir

Tarixi etüdlƏr

Şair QƏtran

Fars şairi Nasiri Xosrov Ələvi XI əsrdə Suriya, Fələstin, Misir və Ərəbistana səyahət edərək “Səfərnamə” adlı bir kitab yazmışdır. Fran­sız müstəşriqi Şarl Şefer bu kitabı fransızcaya tərcümə edib, mətni və əlavələrlə bərabər Parisdə 1881-ci ildə nəşr etmişdir.

N.X.Ələvi Təbrizdə şair Qətran ilə görüşmüş və bu barədə böylə yazır: “Qətran adlı şairi gördüm, gözəl şerlər oxudu, la­kin fars dilini yaxşı bilməyir. Yanıma gəldi, Məncik və Dəqi­qi­nin divanlarını gətirdi, oxudu. Çətin sözləri məndən soruşdu, de­dim. Onların mənasını yazdı və öz şerlərini də mənə oxu­du”.

Ələvinin verdiyi bu məlumat bizim üçün çox əhəmiyyətlidir. Fars­ca yaxşı bilməyən bu azərbaycanlı şair, şübhəsiz ki, türk­dür. Bunun yəqin farsca ilə bərabər, türkcə də əsərləri var. Bu sahədə müdəqqiqlərimiz, bilxassə Səlman Mümtaz çalışmalı və doqquz yüz il əvvəl yaşamış şairimizin şerlərini meydana çıxarmalıdır. Bunlar tapılarsa, ədəbiyyatımızın imdiyə qədər bəlli olanlardan daha qədim bir nümayəndəsi əldə edilmiş olar.

Əbu Mənsur Qətran Çəbəlinin (“Əcəli” ünvanı da daşı­yır­mış) doğulduğu yer haqqında qəti bir məlumat yoxdur. Özü Çəbəlli imiş, ya Tirmizdə, ya da Urmiyada anadan olmuşdur. Təbrizdə yaşarmış. Yazdığı “Qövsnamə”[ni] Sultan Səncərin Bəlx əmiri Əhməd ibn Qəm­qaca təqdim etmək məqsədilə Bəl­xə səyahət etdiyi rəvayət olunur.

Qətran səkkiz min beyt yazmış (Şəmsəddin Sami doqquz min yazır), sultan və əmirlərə ithaf olunmuş bir çox mədhiy­yə­ləri var. Hicrinin 465 (1072)-ci ilində vəfat etmişdir.


Yusif Vəzir


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin