472) Verapamil və diltiazemin təyini hansı pozğunluqda əks göstəriş deyil?
A) mədəciküstü paroksizmal taxiaritmiyalarda
B) ağır xroniki ürək çatışmazlığında
C) sinus düyününün zəifliyi sindromunda
D) sistolik arterial təzyiq 100 mm c. süt. - dan aşağı olduqda
E) nəzərə çarpan bradikardiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
473) Qulaqcıq səyriməsi paroksizmlərinin müalicəsində effektiv hesab olunmayan antiaritmik preparat hansıdır?
A) anaprilin
B) sotalol
C) amiodaron
D) maqnezium sulfat
E) propafenon
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 276
474) Atrioventrikulyar resiprok paroksizmal taxikardiyasında seçim preparatlar hansılardır?
A) adenozin (ATF), verapamil
B) etasizin, allapinin
C) amiodaron (kordaron), maqnezium sulfat
D) novokainamid, dizopiramid
E) sotalol, propafenon
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
Dostları ilə paylaş: |