469) II sinif antiaritmik preparatlar - β - adrenergik reseptorların blokatorları hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potenisialı).
A) Hiss - Purkinye sistemi miokardında əsasən başlanğıc depolyarizasiya hüceyrələrinə təsir göstərmək
B) Xüsusilə katexolaminlərin ürəyə aritmoqen təsirini aradan qaldırmaq
C) Repolyarizasiya prosesinin zəifləməsilə müşayiət olunan çıxan kalium nöqtələrinin qarşısını almaq
D) "Sürətli" cavab verən toxumalarda 0 HP dövrünü birdən nəzərə çarpan zəiflətmək
E) QRS kompleksinin davam müddətinin artmasına aparan sürətli natrium kanallarını blokada etmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 268
470) Iа sinif antiaritmik dərmanların istifadəsi zamanı hansı əlavə effekt və fəsadlaşmalar baş vermir?
A) əsmə, dizartriya, klonik - tonik qıcolmalar
B) “piruet” tipli mədəcik taxikardiyası, Hiss dəstəsi ayaqcıqlarının blokadası
C) arterial hipotenziya, sol mədəciyin atım fraksiyasının aşağı düşməsi
D) mədəciklərin fibrillyasiyası, qəfləti ürək ölümü
E) sinus düyününün zəifliyi sindromu, distal tip atrioventrikulyar blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 265
471) Lənq kalsium kanalları blokatorlarından istifadə zamanı hansı xoşagəlməz reaksiyalar olmur?
A) arterial hipertenziya
B) sinoatrial blokada
C) ürək çatışmazlığı əlamətlərinin dərinləşməsi
D) sinus düyününün zəifliyi sindromu
E) atrioventrikulyar blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 273
Dostları ilə paylaş: |