512) IV FS sabit stenokardiyanın əlamətləri hansılardır?
A) hər hansı fiziki yükdən sonra ürək nahiyəsində ağrıların başlanması
B) çox böyük fiziki yükdən sonra ağrıların başlanması
C) 1 mərtəbədən çox məsafə qət etdikdə ağrıların başlanması
D) spontan stenokardiya tutmasının baş verməsi
E) nitroqliserinin təsirinin olmaması
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
513) Proqressivləşən (qeyri-sabit) stenokardiyası olan xəstələrdə aşağıdakı əlamətlərdən hansı qeyd edilir?
A) nitroqliserinin təsirinin azalması
B) sakit halda stenokardiya tutmasının əmələ gəlməsi
C) stenokardiya tutmalarının müddətinin uzanması
D) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi, sakit halda stenokardiya tutmasının əmələ gəlməsi, stenokardiya tutmalarının müddətinin uzanması, nitroqliserinin təsirinin azalması
E) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
514) ÜİX ilə yanaşı bradikardiyası olan xəstələrə hansı preparatdan istifadə məqsədəuyğundur?
A) benzotiazepin qrupundan olan kalsium antaqonistləri
B) dihidropiridin qrupundan olan kalsium antaqonistləri
C) qlikozidlər
D) beta-blokatorlar
E) fenilalkilamin qrupundan olan kalsium antaqonistləri
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
515) Miokard infarktı keçirmiş ÜİX olan xəstələrdə ürək çatmamazlığının inkişafına aşağıdakılardan hansı səbəb ola bilər?
A) keçirilmiş infarkt sahəsinin böyük olması
B) atım fraksiyasının azalması
C) sol mədəciyin anevrizmasının formalaşması, papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı, keçirilmiş infarkt sahəsinin böyük olması, atım fraksiyasının azalması
D) papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı
E) sol mədəciyin anevrizmasının formalaşması
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
Dostları ilə paylaş: |