516) Hansı hallarda ambulator EKQ monitorlamanın aparılması vacibdir?
A) vazospastik stenokardiyaya şübhə
B) miokard infarktına şübhə
C) aritmiyaya şübhə
D) aritmiya, vazospastik stenokardiya və normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə
E) normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
517) Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyyəsinə əsasən statin müalicəsi sabit stenokardiyalı xəstələrdə aterosklerotik ürək-damar xəstəlikləri riskini nə qədər azaldır?
A) 40%
B) 30%
C) 5%
D) 20%
E) 10%
Ədəbiyyat: Метелица В.И. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств » 2005 - 1528 с
518) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?
A) Fiziki gərginliklə əlaqədardır
B) ST seqmentinin qalxması yalnız ağrı zamanı müşahidə olunur
C) Kalsium antaqonistlərinin dihidropiridin qrupuna aid dərmanlar ağrını götürür
D) Nitratların təsirindən çox hallarda ağrı keçmir
E) Adətən sakitlik vaxtı, əsasən yuxuda baş verir
Ədəbiyyat: Шлант Р. К., Александер Р.В. Клиническая кардиология. Пер. с англ. - М.; СПб.: «Издательство БИНОМ» - «Невский диалект», 1998. - 576 с., ил.
Dostları ilə paylaş: |