550) Mikrovaskulyar stenokardiyada (“X-sindromunda”) kiçik koronar arteriyalar hansı disfunksiyaya məruz qalmır?
A) Mediada fibroplastik prosseslərə
B) Mediada saya əzələ hüceyrələrinin hiperplaziyasına
C) Intimada saya əzələ hüceyrələrinin hiperplaziyasına
D) Mediada saya əzələ hüceyrələrinin hipertrofiyasına
E) Damar mənfəzin əhəmiyyətli daralmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
551) Mikrovaskulyar stenokardiyalı (“X-sindromu”) xəstələrdə kiçik damarların qeyri - bərabər daralması və onların genişlənmə qabiliyyətinin aşağı düşməsi və, müvafiq olaraq, miokardın oksigenə tələbatının artmasında hansı dəyişikliyin rolu yoxdur?
A) Endotelin və neyropeptid Y vazokonstriktor substansiyaların məhsulunun artmasının
B) Endotel qatında nəzərə çarpan disfunksiyanın
C) Kinin-kallikrein sisteminin funksiyasının artmasının
D) Prostasiklin məhsulunun azalmasının
E) Azot oksidi məhsulunun azalmasının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
552) Sol mədəciyin işemiyaya uğramış seqmentlərində lokal yığılma pozğunluğunun (hipokinez) əmələ gəlməsinə gətirib çıxaran kardiomiositlərin energetik təminatının azalmasında (koronar axının azalmasında) nə baş vermir?
A) Yüksək enerjili fosfatlar - adenozintrifosfat və kreatin fosfatın əmələ gəlməsi
B) Oksidləşmə fosforlaşma prosesinin pozulması (yağ turşularının daha az oksidləşməsi hesabına qlükoza laktata çevrilir, hüceyrənin рН-ı azalır, hüceyrədaxili К+ miqdarı və makroerqik birləşmələrin hasilatı azalır)
C) Anaerob mübadilə yoluna keçmiş zədələnmiş hüceyrələrin hesabına miokardda oksigenin defisiti
D) Elektrik impulsunun keçiriciliyinin pozulması və miokardın mexaniki funksiyasının azalması
E) Hüceyrənin elektrik aktivliyinin proqressiv azalması (eyni zamanda transmembran hərəkət potensialının amplitudasının və müddətinin azalması)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
Dostları ilə paylaş: |