АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 117-120 (2016)
117
Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı
Qanda Qlükoza Homeostazı
E.C. Mehbalıyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Üzeyir Hacıbəyli küç., 68, Bakı AZ 1000, Azərbaycan;
E-mail: Mehbaliyeva79@gmail.com
Tədqiqat göstərdi ki, normal inkişaf edən ikiaylıq erkək və dişi dovşan balalarının qanında gün ərzin-
də qlükozanın səviyyəsi çox xarakterik dinamika üzrə dəyişilir. Bu yaşda qlükozanın qandakı miqdarı
günün müxtəlif vaxtlarında (səhər, günorta və axşam) təxminən eynidir və ritmik xarakter kəsb etmir,
cinsə görə kəskin fərqlər müşahidə olunmur. Hipoksiyanın ağır forması bu azyaşlı heyvanların orqa-
nizmində qanın qlükoza homeostazı əvvəl hiper, sonra isə hipoqlikemik reaksiyaları üzrə dəyişdirir və
heyvanın cinsi bu tip reaksiyaların inkişafında əhəmiyyətli rol oynamır. Güman edilir ki, kəskin ok-
sigen çatışmazlığı zamanı toxumalarda qlükozanın mənimsənilməsi ilk anlarda zəiflədiyindən qanda
hiperqlikemik vəziyyət yarana bilər.
Açar sözlər: Hipoksiya, qan, qlükoza homeostazı, hipe-, və hipoqlikemiya
GİRİŞ
Qlükoza insan və heyvanların orqanizmində ən
mobil enerji substratı olmaqla yanaşı toxumalarda
qlikogenin biosintezində, hüceyrədaxili biokimyəvi
proses və çevrilmələrdə fəal iştirak edir. Qlükoza-
nın hüceyrələrdə anaerob parçalanması (qlikoliz) və
mitoxondrial metabolik tsikldə (Kreps tsikli) oksid-
ləşməsi hesabına orqanizm kifayyət qədər enerji
(ATF) əldə edir (Ленинджер, 1985). Hesab edilir
ki, hüceyrələr tərəfindən istifadə edilən qlükoza ilə
molekulyar oksigen (O
2
) arasında müəyyən kəmiy-
yət asıllığı var və orqanizmin ümumi homeosta-
zının fiziki-kimyəvi və fizioloji təşküllündə bu
asıllıq mühüm rol oynayır.
Qanda və hüceyrələrdə qlükozanın miqdarı
müxtəlif səbəblərdən dəyişə bilər. Yaşlı orqanizmin
qanında gün ərzində qlükozanın səviyyəsi tez-tez
tərəddüd edir (Хватова и др., 1983), hiper- və ya
hipoglikemik reaksiyalar müşahidə olunur (Долгов
и др., 2006). Müvafiq tənzimləyici mexanizmlər
təcili surətdə onun nisbi tarazlıq, - homeostatik
vəziyyətini təmin edir, nəticədə orqanizmdə normal
qlükoza homeostazı bərpa olunur. Qandqa qlükoza-
nın tənzimi bəzi səciyyəvi xüsusiyyətlərə malikdir.
R.R.Wolfe radioizotop metodundan istifadə edərək
müəyyənləşdirmişdir ki, heyvan orqanizmində nor-
mada yenidən əmələ gələn qlükozanın 15-20%-i
energetik və digər mübadilələrdə sərf olunmur, or-
qanizmə hormonlar, emosional stres, fiziki yük və
sair faktorlar təsir etdikdə belə dəyişməz fizioloji
“konstant” kimi qorunur (Wolfe, 1989).
Bəzi tədqiqatçılar belə güman edir ki, qanda
qlükozanın gün ərzində dəyişməsi sutkalıq (sirka-
dian) bioritmə tabedir (Əliyeva və b., 2009; Far-
hadi, 2008). Orqanizmin yaş və cins xüsusiyyətləri
ilə qanda qlükozanın qatılığı arasında müəyyən kor-
relyasiya olduğu haqda faktlar mövcuddur (Hers,
1990). Bu kimi təsəvvürlər fiziologiya və təbabət
üçün müəyyən maraq və əhəmiyyət kəsb edir.
Qanın qlükozası çox həssas və reaksiyaya me-
yilli homeostatik göstəricidir. Tədqiqatlardan mə-
lum olur ki, bəzi ekstremal faktorlar və patoloji hal-
lar qlükoza homeostazı və onu tənzimləyən mexa-
nizmi poza bilər. Orqanizmdə oksigen çatışmazlığı,
(hipoksiya) məhz belə mənfi təsirə malik olan fak-
torlardan biri sayılır. Orqanizm üçün təhlükəli hi-
poksik vəziyyət müxtəlif şəraitlərdə və bütün yaş-
larda yaranır, ona dözümlülük isə daha çox növü və
fərdi xarakter daşıyır, yaşla əlaqəlidir, posthipoksik
reaksiyaların dayanıqlığı isə qısa və ya uzunmüd-
dətli, üzv və toxumaların oksigenə ehtiyacları ilə
bağlıdır (Колчев и Коровин, 2000). Hipoksiyanın
təsirinin təcrübədə hərtərəfli öyrənilməsi tibbi-
bioloji kompleks tədqiqatlarda mühüm yer tutur
(Mehbaliyeva, 2013; Ватаева и др., 1998). Azyaş-
lılarda hipoksiya zamanı qlükoza homeostazında
baş verən dəyişikliklərin tədqiqi məsələsi istər fi-
ziologiya, istərsə də klinika üçün mühüm əhəmiyy-
ət kəsb edir. Bunları nəzərə alaraq, təcrübi tədqiqat-
ların aparılması qarşımıza məqsəd qoyulmuşdur.
MATERİAL VƏ METODLAR
Tədqiqat 2 aylıq 36 baş erkək və dişi cinsli
dovşan balaları üzərində aparılmışdır. Onlar həm
cinsə, həm də tədqiqatın xarakterinə görə nəzarət və
təcrübi qruplara ayırmışdır. Təcrübi qrupdakı hey-
vanlar məlum metodika üzrə (Хватова и др., 1983)
kiçik həcmli barokamerada tək-tək ağır hipoksiya
formasına məruz qoyulmuşdur. Ağır hipoksiya
E.C. Mehbalıyeva
118
yaradılarkən onlar barokamerada azot (N
2
) 95% və
oksigen (O
2
) 5% nisbətdə götürülən qazlar qarışığı
mühitində tənəffüs etmişlər. Hər heyvanın baroka-
merada tənəffüsü 20 dəq müddətində davam
etmişdir.
Bizim təcrübələrdə hipoksiya ancaq səhər vax-
tı tətbiq edilmişdir. Hipoksiya günü heyvana qida
verilməmişdir. Fizioloji aclıq fonunda normal və
hipoksiya edilmiş 2-aylıq dovşan balalarının hər bi-
risindən gündə 3 dəfə: səhər, günorta və axşama ya-
xın qan götürülmüş (qulaq venasından) və qanda
qlükozanın miqdarı ölçülmüşdür. Bu təcrübi qayda
nəzarət qruplarındakı dovşan balaları üçün də tətbiq
olunmuşdur.
Qanda qlükozanın təyini bir neçə üsulla müm-
kündür. Hal-hazırda istər klinika, istərsə də labora-
toriya şəraitində pasiyentlərdə və təcrübi heyvanlar-
da qandakı qlükozanın monitoringini aparmaqdan
ötrü müxtəlif firmaların istehsal etdiyi qlükometr-
lərdən geniş istifadə edilir. Mütəxəssislər onu da
qeyd edirlər ki, bu tip cihazlarda qlükozanın miq-
darı haqqında verilən məlumatlar bir-biri ilə uyğun
gəlməyə də bilər (Долгов и др., 2006). Qlükozanın
təyini portativ avtomatik qlikometrdən (ABŞ isteh-
salı) istifadə etməklə ekspres yolla həyata keçiril-
mişdir. Bu üsul qanda qlükozanın miqdarını az vaxt
ərzində bir neçə heyvanda paralel olaraq təyin
etməyə imkan verir.
Tədqiqatın nəticələrinin kəmiyyət göstəriciləri
parametrik hesablama üsulla variasion-statistik ola-
raq işlənmiş, nəzarət və təcrübi nəticələri arasında
fərqlərin etibarlılıq dərəcəsi (P) Styudent-Fişer cəd-
vəli üzrə müəyyən edilmişdir (Лакин, 1980). Hesab-
lamalar zamanı ECSEL kompyuter proqramın im-
kanlarından yararlanmışdır. Alınan nəticələr cədvəl-
də verilmiş, qlükozanın miqdar qiymətləri mq%-lə,
təyinetmə müddətləri isə saatla ifadə olunmuşdur.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Qeyd olunduğu kimi, insanda və digər məmə-
lilərdə qlükoza homeostazı orqanizmin daxili mü-
hitin ümumi homeostatik vəziyyətin, biokimyəvi
tərkibi və sabitliyin qorunmasında mühüm rol
oynayır, onun kəskin dəyişilmələri ilk növbədə
energetik mübadiləyə, beynin işinə və sinir-əzələ
fəalliyətə böyük təsir göstərir. Erkən postnatal mor-
fofunksional inkişafda olan heyvan orqanizm üçün
qlükoza homeostazı xüsusi əhəmiyyət kəsb edir.
Fərqli növlərə aid heyvanlarda qandakı qlükozanın
miqdarı müxtəlif ola bilər (Тагиев, 1976). Aşkar
edilmişdir ki, laborator təcrübələrində istifadə edi-
lən dovşanlarda (yaşlı fərdlərdə) bəzi heyvanlardan
fərqli olaraq xeyli yüksəkdir, 140-156 mq% təşkil
edir.
Biz əvvəlcə normal böyüyən erkək və dişi dov-
şan balalarınınqanında qlükozanı təyin etdik. Məq-
səd kiçik yaşda olan, həm də cinsə görə fərqələn
fərdlərin qanında qlükozanın fizioloji səviyyələri
üçün xarakterik qiymətləri və onların gün ərzində
dəyişməsi mənzərəsi müəyyənləşdir-məkdən ibarət
olmuşdur. Onların qanında günün müxtəlif vaxtla-
rında qlükozanın normal miqdar qiymətləri 1 saylı
cədvəldə verilmişdir.
Tədqiqat göstərdi ki, 2 aylıq dovşan balalarının
qanında qlükozanın miqdarı onların cinsindən asılı
olmayaraq, 105-110 mq% arasında tərədüd edir. Bu
qiymətlər ədəbiyyatda göstərilən qiymətlərdən bir
qədər fərqlənir (Əliyev və b., 2009; Farhadi, 2008).
Cinsə görə qlükozanın səviyyəsində müşahidə edi-
lən zəif fərqlər statistik etibarsızdır və müqayisə
üçün əhəmiyyət etmir. Hər halda qeyd etmək lazım-
dır ki, erkək dovşan balalarının qanında qlükozanın
miqdarı 105-100 mq%, dişi dovşan balalarının qa-
nında isə 107-110 mq% qədər təyin olunur. Həm də
onların qanında qlükozanın nisbətən yüksək səviy-
yəsi günorta saatlarında müşahidə edilir. Bu da
maraqlıdır ki, verilmiş yaş dövründə qanda qlüko-
zanın gün ərzində dinamikası dayanıqlı sutkalıq
bioritmə o qədər də meyilli deyil.
Hipoksiya ilə təcrübə aparılan zaman ikiaylıq
dovşan balalarında gün ərzində qandakı qlükozanın
səviyyəsində yaranan dəyişikliklər 2 saylı cədvəldə
nümayiş olunur.
Bu təcrübələrin nəticələri və onların statistik
işlənməsi ilk növbədə bizə onu deməyə əsas verir ki,
erkən postnatal inkişaf dövründə olan azyaşlı heyvan
balaları hipoksiyaya xeyli həssasdırlar. Bunu azyaşlı
dovşan balaları və onlarda qlükoza homeostazı
üçün də şamil etmək olar.
Cədvəl 1. İyirmi dəqiqəlik ağır hipoksiya ( 95% N
2
: 5% O
2
) zamanı dovşan balalarının qanında qlükozanın miqdarının
gün ərzində dəyişməsi xüsusiyyətləri (M ±m, mq%)
Heyvaların
yaşı və cinsi
Göstəricilərin
xarakteri
Günün vaxtı
Səhər (saat 10
00
-11
00
) Günorta (saat 13
00
-14
00
) Axşam (saat 16
00
-17
00
)
2-aylıq erkək dovşan
balaları, (n=6)
Norma
106±4,2
108±4,6
105±3,6
Təcrübə
118±7,3
p<0,05
103±2,6
-
97±4,5
-
2-aylıq dişi dovşan
balaları, n=6
Norma
108±5,0
110±4,4
107±5,2
Təcrübə
117±5,0
p<0,05
107±3,5
-
102±3,1
-
Qeyd: Təcrübə nəticələrinin normativ göstəricilərdən fərqləri p<0,05 qiymətlərində etibarlı sayılmışdır.
Erkən Postnatal Ontogenez Və Təcrübi
119
Belə ki, ağır hipoksik təsir onların qanında qlükoza-
nın miqdarını əhəmiyyətli dərəcədə dəyişdirir. Təc-
rübəaltı heyvanlarda qlükozanın səviyyəsinin dəyiş-
məsi, bizim təcrübələrimizə görə, müəyyən xarak-
terik xüsusiyyətlərə malikdir. Biz müəyyən etmişik
ki, ağır hipoksiya zamanı qlükoza kimi homeostatik
göstərici üçün ilkin reaksiya hiperqlikemik reaksiya
şəklində inkişaf edir, sonrakı (gecikən) dinamika
daha çox hipoqlikemik reaksiya forması kəsb edir. 2-
aylıq dovşan balalarında 20 dəqiqəlik ağır hipoksi-
yanın təsirindən dərhal sonra qanda qlükozanın miq-
darca artması (p<0,05) çox maraqlı və diqqət çəkən
faktdır. Sonrakı müddətlərdə isə onun tədricən azal-
ması da bir xarakterik hal kimi qiymətlərləndirilə
bilər. Bizim aldığımız təcrübi faktlara görə, heyvanın
cinsi bu kimi dəyişikliklərə çox az təsir edir.
Bizim təsəvvürümüzə görə posthipoksik təsirin
ilkin dövrlərində qlükozanın qandakı səviyyəsində
baş verən hiper, - və hipoqlikemik vəziyyətlər üzv
və toxumalarda qlükozadan enerji (ATF) hasili
üçün istifadəsinin dinamik xüsusiyyətləri ilə sıx
əlaqədar ola bilər. Belə təsəvvür var ki, ağır hipok-
siyanın təsir mexanizmlərindən biri oksigen çatış-
mazlığı üzündən mitoxondrilərdə ATF-in sintezin-
də yaranan kritik hal, “mitoxondrial şok ola bilər.
Bu halda hüceyrələr enerji subsratlarını çox az mə-
nimsəyə bilir, ya da onların hüceyrələrə daxil ol-
ması prosesləri ləngiyə (tormozlana) bilir (Ватаева
и др., 1998; Колчев и Коровин, 2000). Orqaniz-
min daxili mühitinin fizioloji parametrlərinin tən-
zimi daha çox vegetativ sinir mərkəzlərinin fəallı-
ğından asılıdır. Hipoksiya şəraitində simpato-ad-
renal sisteminin fəallığının artması halları müşahidə
olunur, bu da müdafiə-uyğunlaşma xarakteri daşıyır
(Сороко и Бурых, 2004). Ağır hipoksiya zamanı
baş beynin adrenergik, serotoninergik və QAMK-
ergik strukturları da vegetativ tənzimində orqaniz-
min oksigen çatışmazlığına uyğunlaşmasında mü-
hüm rol oynayır (Колчев и Коровин, 2000). Hesab
edilir ki, hipoksiya şəraitində orqanizmdə müdafiə-
uyğunlaşma mexanizmi, bir tərəfdən, müxtəlif sə-
viyyələrdə homeostatik vəziyyəti qoruyub saxlanıl-
masına yönəldilmiş reaksiyaları, digər tərəfdən, hə-
yati vacib funksiyaların və metabolik proseslərin
yaşa və fizioloji fəallığa görə adekvat tənzimi əsa-
sında qurulur və fəaliyyət göstərir. Erkən postnatal
ontogenezdə bu proseslər xüsusi əhəmiyyət kəsb
edir (Mehbaliyeva, 2013; Мехбалиева, 2014; Hers,
1990). Bu dövrdə maddələr mübadiləsinin yüksək
səviyyədə olması, vegetativ sinir və humoral tənzi-
min tədricən vüsət alması orqanizmin ekstremal
amillərə, o cümlədən hipoksiyaya həssaslıq səviy-
yəsini şərtləndirir. Güman etmək olar ki, hipoksiya
şəraitində azyaşlı heyvanlarda müşahidə edilən qli-
kemik reaksiyaların dinamik dəyişiklikləri də məhz
bu kimi faktorlarla bağlıdır və qlükoza homeostazı-
nın adaptiv yönümlü olmasını təmin edir.
ƏDƏBİYYAT
Əliyeva F.Ə., Qasımzadə M.B., Cavadov S.Ə.
(2009) Postnatal ontogenezdə müxtəlif işıqlanma
şəraitində ozon qazının günün müxtəlif saatların-
da qlikemik reaksiyaların sirkad ritminin dəyiş-
məsinə təsiri. AMEA-nın A.İ.Qarayev adına Fizio-
logiya İnstitutunun elmi əsərlərinin külliyyatı,
XXVII: 100-105.
Mehbalıyeva E.C. (2013) Hipoksiya problemi:
fundamental aspektlər və onların eksperimental
tədqiq yolları. AMEA-nın xəbərləri, biologiya və
tibb elmləri seriyası, 68(№1): 109-116.
Farhadi N. (2008) Prenatal hipoksiyaya məruz
qalmış 30 günlük dovşan balalarında epifizekto-
miyadan sonra qanda qlükozanın təyini. AMEA-
nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun
elmi əsərlərinin külliyyatı, XXVI: 76-79.
Ватаева Л.А., Отеллин В.А., Кассиль В.Г.,
Косткин В.Б., Коржевский Д.Э., Хожай JI. И.,
Гончар В.С. (1998) Гипоксия в раннем постна-
тальном онтогенезе. Доклады РАН, 36(№3):
409-411.
Долгов В.В. и др. (2006) Лабораторная диагнос-
тика нарушения обмена углеводов. Тверь:
Триада.
Колчев А.И., Коровин А.Б. (2000) Гипоксия
органов и систем В kн: Гипоксия: адаптация,
патогенез, клиника. М.: Медицина, с. 189-214.
Лакин Г.Ф. (1980) Биометрия. М.: Высшая
школа.
Ленинджер А.Л. (1985) Основы биохимии. М.:
Мир, т. 2.
Мехбалиева Е.Дж. (2014) Первичные и вторич-
ные реакции нервной ткани на нехватку кисло-
рода и их отражение в сложносистемных
функциях организма. Вестник Московского
Государственного Областного Университе-
та, №4: 32-41.
Сороко С.И., Бурых Э.М. (2004) Внутри, - и
межсистемные перестройки физиологических
параметров при острой экспериментальной ги-
поксии. Физиология человека, 30(№2): 58-66.
Тагиев Ш.К. (1976) Филогенетическая и онто-
генетическая
эволюция
интерецептивных
влияний на гликемические реакции у поз-
воночных. Баку: Элм.
Хватова Е.Н., Сидоркина А.Н., Миронова
Г.В., Балишина И.Н. (1983) Способы опреде-
ления степени тяжести гипоксии в мозгу жи-
вотных. Авторское свидетельство №1020777,
СССР, открытие № 20.
Хиггиенс К. (2014) Расшифровка клинических
лабораторных анализов. М.: БИНОМ.
Hers N.G. (1990) Mechanisms of blood glucose
homeostasis. J. Inherit. Metab. Dis., 13(4): 393-
410.
E.C. Mehbalıyeva
120
Wolfe R.R. (1989) Resent advances in the use of
stable isotopes to study glucose and fatty acids.
New Earl. Global Hormone Nutr. Proc. 14
th
Int.
Congr. Nutr., Seul: p. 836-838.
Гомеостаз Глюкозы В Крови Во Время Раннего Постнатального Онтогенеза
И Экспериментальной Гипоксии
Э.Дж. Мехбалиева
Азербайджанский государственный педагогический университет
Исследование показало, что в крови нормально развивающихся двух месячных крольчат- самцов и
самок уровень глюкозы в течении дня изменяется с очень характерной динамикой. В этом возрасте
количество глюкозы в крови в различные время дня (утром, днем, вечером) приблизительно оди-
наково, не обладает особой ритмикой и не проявляет выраженные различия по полу. Тяжелая форма
гипоксии в организме этих малолетних животных гомеостаза глюкозы крови первоначально изменяет
по гипер-, а затем по гипогликемическим реакциям, и пол животных не играет значительную роль в
развитии этих реакций. Предполагается, что при остром дефиците кислорода из-за резкого снижения
утилизации глюкозы в тканях может возникать в крови гипергликемическое состояние.
Ключевые слова: Гипоксия, кровь, глюкозный гомеостаз, гипо, - и гипергликемия
Glucose Homeostasis In Blood During Early Postnatal Ontogenesis And Experimental Hypoxia
E.J. Makhbaliyev
Azerbaijan State Pedagogical University
The study showed that the glucose levels changes with very characteristic dynamics throughout the day in
the blood of normally developing two monthly rabbit- males and females. At this age, the amount of glucose
in the blood at various times of the day (morning, afternoon, evening) is approximately the same; it has no
special rhythm and does not show marked differences by gender. Severe hypoxia in the body of those young
animals blood glucose homeostasis changes the initially hyperactive, and then hypoglycemic reactions and
gender of animals does not play a significant role in the development of these reactions. Assumed that in
acute oxygen deficiency due to a sharp decline in the utilization of glucose in the tissues may occur in the
blood hyperglycemic condition.
Key words: Hypoxia, blood, glucose homeostasis, hypo- and hyperglycemia
Dostları ilə paylaş: |