564) Miokard infarktı nədir?
A) ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi
B) ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi
C) miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu
D) miokardın işemik zədələnməsi
E) koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
565) Miokard infarktının ən çox təsadüf olunan səbəbi hansıdır?
A) tac arteriyaların aterosklerotik kütlə ilə emboliyası
B) iltihablaşmış tac arteriyaların trombozu
C) aterosklerotik dəyişikliyə uğramış tac arteriyaların trombotik okklüziyası
D) tac damarların tromboemboliyası
E) tac arteriyaların uzunmüddətli spazmı
Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.
566) Miokard infarktının ən kəskin dövrünün morfoloji dəyişiklikləri hansı müddətə qədər inkişaf edir?
A) 3 saatdan 6 saata kimi
B) 30 dəqiqə
C) 13 saatdan 24 saata kimi
D) 30 dəqiqədən 2 saata kimi
E) 7 saatdan 12 saata kimi
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
567) Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?
A) 17-25 gün
B) 30 gündən artıq
C) 2-10 gün
D) 11-16 gün
E) 27-30 gün
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
Dostları ilə paylaş: |