568) Hansı müddətdən sonra miokard infarktının yarımkəskin mərhələsi başa çatır?
A) 8 həftə və çox
B) 2-3 həftə
C) 4-5 həftə
D) 4-8 həftə
E) 6-8 həftə
Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.
569) Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?
A) 6 aya qədər
B) 12 aydan çox
C) 10-12 ay
D) 8-10 ay
E) 6-8 həftə
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
570) Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?
A) astmatik variant
B) qastralgik variant
C) serebrovaskulyar variant
D) anginal variant
E) aritmik variant
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
571) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra kreatinfosfokinazanın (KFK) MB fraksiyasının fəallığı maksimuma çatır ?
A) 48-56 saat
B) 4-6 saat
C) 24-36 saat
D) 12-18 saat
E) 66-72 saat
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 516
Dostları ilə paylaş: |