591) Hansı laborator göstəricinin təyini kəskin miokard infarktını təsdiqləmir?
A) eozinofiliya
B) qanda mioqlobulinin miqdarının artması
C) hiperfermentemiya
D) toxuma nekrozunun qeyri spesifik göstəriciləri və miokardın iltihab reaksiyaları
E) qanda troponinlərin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
592) Əgər xəstədə köhnə EKQ yoxdursa, ancax hal - hazırda His dəstəsinin sol ayaqcığının blokadasının əlamətləri mövcuddursa (və ya əgər blokada çoxdan varsa), onda hansı spesifik əlamətin olması miokard infarktın ən yüksək ehtimalına dəlalət edir və beş bal təşkil edir?
A) Ancax V3 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması
B) ST seqmentinin ≥ 1мм - dən(çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması
C) V1, V2 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması
D) ST seqmentinin ≥ 5мм - dən (çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması
E) ST seqmentinin QRS kompleksinə konkordant olaraq, ≥ 1мм - dən (çox və ya bərabər) olması
Ədəbiyyat: Б. Гриффин, Э Тополь. Кардиология. «Москва», 2011, стр. 35, 39
Dostları ilə paylaş: |