586) Miokardın işemiyası hansı metabolizm və funksiya pozğunluqlarına səbəb olmur?
A) kardiomiositlərin yığılma funksiyasının artmasına
B) ürək əzələsinin nəzərə çarpan qeyri homogen elektrofizioloji xüsusiyyətlərinin meydana çıxmasına
C) hüceyrələrinin oyanmasının zəifləməsinə
D) diastolik boşalma prosesinin pozulmasına
E) sistolik funksiyanın zəifləməsinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 503
587) Miokard infarktı zamanı sol mədəciyin sistolik funksiyasının qlobal aşağı düşməsi nə ilə nəticələnmir?
A) psevdonormal E/A münasibətinin formalaşması ilə (sol qulaqcıqda təzyiqin qalxması və onun divarının elastikliyinin zəifləməsi hesabına)
B) sol mədəciyin son diastolik təzyiqin və son diastolik həcmin artması ilə
C) sol mədəcik çatışmazlığı klinik əlamətlərinin və kiçik qan dövranında durğunluğun əmələ gəlməsi ilə
D) atım fraksiyasının, vurğu həcminin, dəqiqəlik həcmin, arterial təzyiqin azalması ilə
E) periferik qan dövranında sistemli və eyni zamanda mikrosirkulyator səviyyədə pozğunluq əlamətlərinin əmələ gəlməsi ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 505
588) Kəskin miokard infarktlı xəstələrdə sol mədəciyin remodelləşməsində hansı struktur dəyişiklik formalaşmır?
A) ürək əzələsinin zədələnməmiş sahəsinin kompensator hipertrofiyası
B) sol mədəciyin ümumi ölcüsünün kiçilməsi
C) ürək əzələsinin nekrozlaşmış sahəsinin nazikləşməsi
D) sol mədəciyin dilatasiyasının formalaşması
E) ürək əzələsinin nekrozlaşmış sahəsinin gərilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
589) Kəskin miokar infarktlı xəstələrdə hansı faktor remodelləşmə prosesinə təsir etmir? (AT - arterial təzyiq, ÜPDM - ümumi periferik damar müqaviməti, SM – sol mədəcik).
A) vazodilyatator substansiyası hesab olunan azot oksidinin hiperproduksiyası
B) infarktın ölçüsü (nekroz sahəsi nə qədər böyüksə, SM - ın struktur dəyişiklikləri o qədər də dərindir)
C) infarkt ətrafı zonanın ölçüsü (nekrozla həmsərhəd işemiyalı və ya hibernasiyalı miokard)
D) nekroz zonasının mexaniki xüsusiyyəti (sonradan - çapıq zonası)
E) son yüklənmənin ölçüsü, eyni zamanda AT, ÜPDM - ın həddi, SM boşluğunun ölçüsü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
590) Hansı faktor kəskin miokard infarktlı xəstələrin remodelləşmə prosesinin dərinləşməsinə təsir etmir?
A) prostasiklin İ 2 - in hiperproduksiyası (vazodilyatator substansiya)
B) ön yüklənmənin ölçüsü (ürəyə qayıdan venoz qan axınının həcmi)
C) renin - angiotenzin - aldosteron sistemin hiperaktivləşməsi
D) endotelinin hiperproduksiyası (vazokonstriktor substansiya)
E) simpatik - adrenal sistemin hiperaktivləşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
Dostları ilə paylaş: |