645) Miokard infarktı keçirmiş “yüksək riskli” xəstələrdə angiotenzin çevirici fermentin inhibitorları xəstəliyin neçənci günü təyin edilməlidir?
A) 5-ci
B) 3-cü
C) 2-ci
D) 1-ci
E) 7-ci
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 534
646) Hansı lokalizasiyalı miokard infarktlı xəstələrdə trombolitik müalicədən ən yaxşı nəticə alınır?
A) təkrar arxa
B) ilkin arxa
C) təkrar ön
D) ilkin ön
E) təkrar yan
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 535
647) Miokard infarktlı xəstələrin sağ qalmasını əhəmiyyətli artıran miokardın erkən reperfuziyasını xəstəlik başlanandan sonra neçə saat ərzində aparmaq vacibdir?
A) 8
B) 6
C) 12
D) 2
E) 18
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 537
648) Miokardın infarktından sonraki kardiosklerozlu xəstələrdə mədəcik taxikardiyalarının cərrahi üsulla müalicəsində istifadə olunmayan üsul hansıdır?
A) postinfarkt çapığın çıxarılması
B) endokardial rezeksiya
C) anevrizmektomiya
D) sirkulyar ventrikulotomiya
E) aorta - koronar şuntlama
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007 г.
649) Hansı pasientlər “təbii qedişli” (trombolizissiz) miokard infarktında (Mİ) ölümə səbəb olan yüksək risk qrupuna aiddirlər?
1. Ön transmural Mİ olanlar (döş aparmalarında RS - T seqmentinin nəzərə çarpan qalxması varsa)
2. Aşağı transmural Mİ olanlar (III, aVF, II - də RS - T - nın nəzərə çarpan qalxması və döş aparmalarında RS - T - nın resiprok depressiyası varsa)
Dostları ilə paylaş: |