655) Kəskin miokard infarktlı xəstələrdə aparılan trombolitik terapiyanın effektivlik meyarlarına aşağıdakılardan hansı aid deyil? (KFK - kreatinfosfokinaza).
A) EKQ - da QRS kompleksinin nəzərə çarpan qenişlənməsi
B) Trombolitik terapiya başlanan dövrə qədər saxlanılmış anginoz ağrının yox olması
C) EKQ - də RS–Т seqmentinin sürətlə düşməsi
D) Trombolizisdən sonra aparılmış koronaroangioqrafiyanın göstəriciləri
E) Qan zərdabında KFK MB fraksiyasının səviyyəsinin xeyli və sıçrayışlı qalxması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 539 - 540
656) Kəskin miokard infarktlı xəstələrdə trombolitik terapiya zamanı baş vermiş qanaxmanı dayandırmaq üçün digərlərindən fərqli olaraq ehtiyatla belə işlədilməsi mümkün olmayan hansı preparat effektiv deyil? (BV - beynəlxalq vahid).
A) təzə dondurulmuş plazmanın köçürülməsi
B) 1 500 000 BV 30 - 60 dəq. müddətində eberkinaza vena daxilinə damcı üsulu ilə
C) 300 000 BV trasilol (kontrikal) vena daxilinə damcı üsulu ilə
D) 100 ml ε - aminokapron turşusu 5% məhlulunun 30 dəq. müddətində vena daxilinə damcı üsulu ilə (saatda 1 q sürətlə qanaxma dayananadək)
E) 1 - 1, 5 q gündə 3 dəfəyə qədər traneksam turşusu (frenoliz, eksasil) vena daxilinə damcı üsulu ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 539 - 540
657) Kəskin miokard infarktlı xəstələrdə effektiv trombolitik terapiya ilə əlaqədar olan koronar arteriyaların rekanalizasiyasiyasında hansı biokimyəvi göstəricinin səviyyəsinin dəyişilməsi düzgündür?
A) C - reaktiv zülalının nəzərə çarpan qalxması
B) Mioqlobinlərin nəzərə çarpan enməsi
C) Kreatinfosfokinazanın MB fraksiyasının nəzərə çarpan və sıçrayışlı qalxması
D) Troponin T və I - nin nəzərə çarpan və sıçrayışlı enməsi
E) Laktatdehidrokinazanın nəzərə çarpan qalxması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 539.
Dostları ilə paylaş: |