178) Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlərin əmələ gəlməsində hansı dəyişiklik böyük məna daşıyır?
A) qanın hidrostatik təzyiqinin enməsi
B) qanın hidrostatik təzyiqinin qalxması
C) qanın onkotik təzyiqinin qalxması
D) qanın hidrostatik və onkotik təzyiqlərinin qalxması
E) qanın hidrostatik və onkotik təzyiqlərinin enməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
179) Periferik qan axınının venoz yatağında, normada qanın hidrostatik və onkotik təzyiqləri arasında münasibət necədir?
A) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə çoxdur
B) qanın hidrostatik və onkotik təzyiqləri bərabərdir
C) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq çoxdur
D) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə azdır
E) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq azdır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
Dostları ilə paylaş: |