Hər bir məhsul özünün nadir fiziki xassələrinə malikdir. Məhsulların konkret fiziki-kimyəvi
xassələrə malik olması onların həm saxlanması, həm də istismarı prosesinə əsaslı təsir göstərir.
Məsələn, daş kömürün açıq havada saxlanması əlverişli olsa da, duzun belə şəraitdə saxlanması
məqsədəuyğun deyil. Digər tərəfdən bəzi istehsal-texniki təyinatlı məhsullar və xalq istehlakı malları
müəyyən həddə qədər soyuq və ya isti hava temperaturuna tab gətirmək qabiliyyətinə malikdir. Bu
həddən sonra onun istismar xüsusiyyətlərində keyfiyyət dəyişiklikləri meydana çıxır və istehlakçılar
iqtisadi problemlərlə üzləşirlər.
Bir çox məhsullar logistik kanallar üzrə hərəkət etdikcə onların fiziki xarak-teristikaları dəyişir.
Buna əyani nümunə kimi təzə meyvə, tərəvəzi və ət məhsullarını, çörək və un məhsullarını, balığı
göstərmək olar. Bu tip məhsullar üçün xüsusi qablaş-dırma, yükləmə-boşaltma və saxlanma
metodları tələb olunur.
Fiziki xassələri ilə yanaşı məhsullar kimyəvi xüsusiyyətlərə də malikdir ki, bu da onların
saxlanması və emalı prosesinə birbaşa təsir göstərir. Bəzi növ məhsulların bu fiziki və kimyəvi
xassələrini nəzərə alaraq onların bir yerdə saxlanılması və nəqli məqsədəuyğun hesab edilmir.
Məsələn, etil spirtinə həssas olan bananı, özündən etil spirtini ayıran alma və ya yemişlə bir yerdə
bir neçə saat saxlamaq olmaz.
Müəyyən şəraitdə praktiki olaraq hər bir məhsul özünün malik olduğu ətraf mühit üçün
arzuedilməz olan təhlükəli xassələrini aşkar edə, meydana çıxara da bilər, eyni zamanda onu
əhatə edən mühitdən neqativ təsirlər ala da bilər. Bu nöqteyi nəzərdən ilkin təyinat məntəqəsindən
son istehlak yerlərinə qədər məhsulların malik olduğu fiziki kimyəvi və texniki istismar
xüsusiyyətlərinə uyğun olaraq çatdırıl-ması üçün qablaşdırma, yenidən qablaşdırma, etiket və
markaların yapışdırılması kimi əməliyyatlar həyata keçirilməlidir.
Dostları ilə paylaş: