tələb olunur (polis, yol xidmətləri və s.). Qeyri-qabarit yüklərin avtomobil nəqliyyatı ilə daşınması
üçün xüsusi alçaq ramalı qoşqular – platformalardan istifadə olunur, həmçinin qeyri-qabarit
yüklərın daşınması bir və ya bir neçə nəqliyyat növünün ( məsələn, avtomobil və dəniz nəqliyyatı,
avtomobil və dəmir yolu) vasitəsilə daşınan və multmodel daşımalar adlanan dəmir yolu və dəniz
daşımaları ilə həyata keçirilir.
Standart təsnifata müvafiq olaraq təhlükəli yüklər qrupuna müəyyən şəraitdə ətraf mühitə,
insanlara və maddi əmlaka zərər gətirə bilən xüsusiyyətlərə malik olan yüklər aid edilir. Standart
təsnifatda “Təhlükəli yük” dərəcəsi bir neçə sinfə bölünür. “Təhlükəl yük”lərin daşınması
beynəlxalq razılaşmalara uyğun olaraq həyata keçirilir və bu növ yüklərin daşınmasında xüsusi
hazırlıq keçmiş və müvafiq vəsiqəyə malik sürücülərdən və müvafiq icazəsi olan xüsusi təchiz
olunmuş nəqliyyat vasitələrindən istifadə olunur. Bundan başqa, “təhlükəli yük”lərin qablaşdırma
və markalaşdırılmasında (barkodlama) da xüsusi tələblər mövcuddur.
BMT daşınan təhlükəli yükün aşağıda göstərilən 9 növünü qeyd edir:
• 1 sinif – partlayıcı maddələr və əşyalar;
• 2 sinif – sıxılmış, mayeləşdirilmiş və təzyiq altında həll olunmuş qazlar;
• 3 sinif – tez alışan mayelər;
• 4 sinif – tez alışan maddə və materiallar;
• 5 sinif – oksidləşən maddələr və üzvi peroksidlər;
• 6 sinif – zəhərli maddələr və infeksiya maddələri;
• 7 sinif – radioaktiv materiallar;
• 8 sinif – korroziya maddələri;
• 9 sinif – digər təhlükəli maddələr.
Dostları ilə paylaş: