Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə19/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
2-KSQ və ƏS

Qovluqların iyerarxik strukturu. MS DOS əməliyyat sistemində kataloqların iyerarxik strukturlarının təşkil olunmasına analoji olaraq, Windows-da qovluqların strukturu təşkil olunmuşdur. Bu strukturun yuxarı səviyyəsində yeganə obyekt yerləşir ki, buna “işçi stol” deyilir. II səviyyədə işçi stolda obyektlər yerləşir. Belə obyektlərə standart olaraq, “Мой компьютер”, “Мои документы” və “Корзина” qovluqları aiddir. Bu qovluqlar sistem qovluqları olub, digər qovluqlardan bir qədər fərqlənirlər (məsələn, bu qovluqları silmək və ya yerini dəyişdirmək olmaz). Lakin onlar da, digər qovluqlar kimi, Windows obyektlərinin ambarı vəzifəsini yerinə yetirir.
“Мой компьютер” qovluğundan kompüterdə olan bütün qovluq və fayllara daxil olmaq olar. Burada disk qurğularının sistem qovluqları, həmçinin “Принтер”, “Панел управления”və s. qovluqlar yerləşir. “Мои документы” qovluğunda istifadəçinin sənədləri saxlanılır. “Корзина” qovluğu silinmiş fayl və qovluqlar üçündür. İstənilən vaxt lazım olan faylı və ya qovluğu bərpa etmək olar. Bu qovluğu təmizlədikdən sonar orada olmuş obyektlər xüsusi proqramlar vasitəsi ilə bərpa oluna bilər.

Yoxlama sualları:
1. Alan Keyə görə Windowsun obyektyönlü proqramlaşdırılmasının fundamental xarakteristikaları hansılardır?
2. Obyektyönlü platformada Windows sistemi mühitində hər hansı bir hərəkəti yerinə yetirmək üçün hansı hərəkətlər ardıcıllığına riayət etmək lazımdır?
3. Obyektin menyusu istifadəçiyə hansı imkanları verir?
4. Fayl dedikdə nə başa düşülür?
5. Word mətn prosessorunda faylın ümumi xüsusiyyətləri hansı parametrlərlə təyin olunur?
6. Fayl üzərində hansı əməliyyatları yerinə yetirmək olar?
7. Qovluq nədir?
8. Qovluğun hansı xassələri vardır?
9. Xüsusi təsvir vasitəsi olan yarlık nə üçündür?
10. Qovluqların ierarxik strukturu necədir?

1
19
2. WINDOWS-UN İSTİFADƏÇI QRAFIK İNTERFEYSİ


12.1. Windowsun istifadəçi qrafik interfeysi. Pəncərə
Əsas anlayışlar. Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə edilir. İngilis dilindən tərcümədə “Interface” sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda növləri vardır: istifadəçinin interfeysi və s.

12.1

İnterfeys- vasitələr və qaydalar toplusu olub, qurğuların proqramların və insanın bir-birilə qarşılıqlı əlaqəsini təmin edir.
Ən vacib interfeys istifadəçinin fərdi kompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. Proqram vasitələri bazarında rəqabətdə yeni proqram məhsullarının müvəffəqiyyəti bu inyterfeysin yaratdığı rahatlıqdan asılıdır. İstifadəçi interfeysi simvol və qrafik kimi 2 növdə olur:

12.2


12.3

Simvol interfeysi-videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir. Windows-dan əvvəl MS DOS və onun örtüyü olan Norton Commander daxil olmaqla, bütün sistemlər istifadəçiyə simvol interfeysi xidmətini göstərir. Bu interfeys resusrlardan az istifadə üçün rahat iş təmin edirdi. Amma, MS DOS əməliyyat sistemində olan əmrlər sətri interfeysi əmrin sintaksisini bilməyi istifadəçidən tələb etdiyinə görə, o bu rahatlığı təmin edə bilmirdi. Qeyd etmək lazımdır ki, “Norton Commander”-in simvol interfeysi, müəyyən ixtisaslaşmaya malik olmayan şəxslər üçün o qədər də çətinlik yaratmırdı.
Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır. İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteriskalarının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəld işləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə edilir- istifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinə nəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur.
İstifadəçinin qrafik interfeysinə parlaq misal kimi, Windows interfeysini göstərmək olar.
Windows qrafik interfeysi əməliyyat sisteminin əmrlərini daha operativ vermək, proqramları işə salmaq, uyğun nişanları, düymələri, menyunun bəndlərini, axtarış elementlərini, bayraqları və s. göstərməklə, faylları və parametrləri seçmək imkanı verir. İnterfeysin istifadə edilən elementləri müəyyən standarta malik olduğu üçün. Windows interfeysini öyrəndikdən sonra, Windows tətbiqi proqramlar interfeysini asan və tez mənimsəmək mümkündür.

12.4

Qrafiki interfeys obyektləri-pəncərələr. İstifadəçinin qrafiki interfeysinin əsasını təşkil edən və yaxşı düşünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir.
Pəncərə-ekranın monitorunda haşiyələnmiş düzbucaqlı sahə olub, burada proqram, sənəd, məlumat təsvir edilir.
Pəncərə o zaman aktiv (cari) olur ki, onunla həmin anda istifadəçi işləyir.
Monitorun ekranında (electron işçi stolunda) pəncərələr stol üzərində olan və özündə hər hansı bir informasiya daşıyan kağız vərəqinə oxşayır. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu pəncərələrin strukturu işlənmiş standartlara uyğun təşkil edilmişdir. Aşağıda araşdırılacaq belə tipik pəncərələrə tətbiqi proqramlar pəncərəsi, sənəd pəncərəsi də dialoq pəncərəsini digər bir növü olduğundan, o da tipik pəncərəyə aiddir. Lakin orada müxtəlif arayış bölmələrinə tez keçmək üçün hiperistinaddan istifadə imkan nəzərdə tutulmuşdur.

12.5

Windows-un ümumi konsepsiyası bütün elementlərini və iş üsullarını maksimum standartlaşdırmağa əsaslanır ki, yeni əlavəni daxil etdikdə onu yenidən əldə etmək lazım olmasın. Buna görə də, pəncərələrin strukturu maksimum unifikasiya olunmuş və istifadəçi interfeysinin bir standartı şəklindədir.
Tətbiqi proqramlar və sənədlər pəncərələri. İstənilən tətbiqi proqram pəncərəsinin standart elementləri aşağıdakılardır:

ekranı tuta bilər, həm də nişan halına salına bilər;

  • Ondan aşağıdakı menyuların adlarını göstərən idarə (əsas) menyusu;

  • Funksional təyinatına görə, birləşdirilmiş qrup əmrlərindən ibarət əsas menyudan aşağıda yerləşən menyu;

  • Alətlər panelləri. Bu tez-tez istifadə olunan əmrləri daha tez seçmək üçün əmrlər düymələrindən təşkil olunur;

  • Tətbiqi proqramın adını göstərən pəncərənin sərlövhəsi;

  • Sistem menyusunun düyməsi. Bunun vasitəsilə pəncərələrin ölçüsünü və onun yerini dəyişdirən əmrləri çağırmaq olar;

- «Свернуть», «Развернуть», «Восстановить» və «Закрыть» düymələrinin funksiyaları əlavə pəncərəsində olan funksiyalar kimidir.
Əgər bir neçə sənədlər pəncərələri açılmışsa, istifadəçi yalnız onlardan biri ilə işləyə bilər. Buna aktiv pəncərə deyilir və onun sərlövhəsi xüsusi rənglə seçilir. Qalan pəncərələr isə bu halda passiv olurlar. Əgər sənədlər pəncərəsi bir-birilərini örtürsə, o zaman aktiv pəncərə yerdə qalan pəncərələri bağlayır.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin