863) Öd və duodenal möhtəviyyat selikli və irinli olarsa, onlara nə əlavə edilməklə
sentrifuqlaşdırılır?
A) ZnSO4 ilə
B) Spirt ilə
C) NaCl ilə
D) Kükürd efiri ilə
E) Süd turşusu ilə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184
864) Bəlğəmin Lüqol məhlulu ilə boyanmış nativ yaxmasında laborant hansı
ibtidailəri aşkar edir?
A) Leyşmaniya
B) Pnevmasista, trixomonad, amöb
C) Plazmodiumlar
D) Lyambliya
E) Sarkosista
Ədəbiyyat: D.E.Qenis “Tibbi parazitalogiya”. Səh 160.
865) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz
bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Söhbət hansı
helmintdən gedir?
A) Strongiloid
B) Tükbaş qurd
C) Askarid
D) Bizquyruq
E) Ankilostom
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
866) Dəri üzərində olan “qoturluq” elementlərinin qaşınıb götürülməsi üçün hansı
vasitələrdən istifadə edilir?
A) Pipet
B) Tənzif
C) Pambıq
D) Kibrit çöpü
E) Skalpel, Folkman qaşığı, ülgüc
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 207
Dostları ilə paylaş: