M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə153/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   149   150   151   152   153   154   155   156   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


İşin gedişi

  1. Lazeri cərəyan mənbəyinə qoşmalı və ondan çıxan işıq şüasını fotoelement üzərinə yönəldərək mikroampermetrin göstərişinin maksimal qiymətini əldə etməli.

  2. Lazer şüası qarşısına eyni əksetdirici səthə, lakin müxtəlif qalınlığa malik tədqiq olunan maye ilə doldurulmuş küvetlər yerləşdirərək mikroampermetrdən keçən işığn intensivliklərinə uyğun gələn cərəyan şiddətlərinin qiymətlərini qeyd etməli.

  3. Alınmış nəticələrə əsasən (3) düsturundan istifadə etməklə müxtəlif qalınlıqlar üçün üdma əmsalının qiymətini hesablayın.

  4. Mikroampermetrin göstərişinin mühitin qalınlığından asılılıq qrafikini i (L) qurmalı.

  5. Udma əmsalının orta qiymətini və təcrübənin xətasını hesablayın.

Hesablama cədvəli




L,sm

i, mA

k,sm-1

1










2










3










4










5










6











Laboratoriya işinə aid suallar. Işığın udulması. Buger qanunu. Lazerlərin növləri və iş prinsipi.

LABORATORİYA İŞİ № 31

MALYUS QANUNUNUN ÖYRƏNİLMƏSİ VƏ LAZER ŞÜALANMASININ POLYARLAŞMA DƏRƏCƏSİNİN TƏYİNİ

İşin məqsədi: Malyus qanununun öyrənilməsi və lazer şüalanmasinin polyarlaşma dərəcəsinin təyini üsulu ilə tanışlıq

Ləvazimat: lazer, polyarizator, mikroampermetr,fotoelement
İşin nəzəri hissəsi

Dalğa nəzəriyyəsi baxımından işıq elektromaqnit dalğasıdır. Elektromaqnit dalğası eninə dalğadır və elektrik sahəsinin intensivlik vektorunun, maqnit sahəsinin induksiya vektorunun rəqsləri şüanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə baş verir. (vektorlarının rəqs istiqamətləri də qarşılıqlı perpendikulyardır).


Təbii işıqda vektorlarının rəqsləri bütün istiqamətlərdə eyni ehtimalla baş verir və müxtəlif istiqamətli rəqslər nizamsız şəkildə sürətlə bir-birini əvəz edir (Şəkil 1a). Hər hansı vasitə ilə rəqslərin istiqaməti nizamlanmış işığa polyarlaşmış işıq deyilir.

Polyarlaşmış işığın müxtəlif növləri vardır: xətti polyarlaşmış, qismən polyarlaşmış, elliptik polyarlaşmış və dairəvi polyarlaşmış işıq. Əgər işığın elektrik vektorunun rəqsləri yalnız bir müstəvidə baş verirsə, belə işığa xətti polyarlaşmış işıq deyilir (Şəkil 1b). Xətti polyarlaşmış işıqda elektrik vektorunun yerləşdiyi müstəvi rəqs müstəvisi, rəqs müstəvisinə

perpendikulyar müstəvi isə polyarizasiya müstəvisi adlanır.

Xətti polyarlaşmış işığı təbii işıqdan polyarizator adlanan cihaz vasitəsi ilə almaq olar. Bu cihazlar yalnız polyarizatorun oxuna paralel rəqsləri buraxır.

Polyarlaşmış işığı tədqiq etmək üçün daha bir polyarizatordan (onu analizator adlandıracağıq) istifadə olunur. Fərz edək ki, işıq polyarizatordan keçib analizatora düşür. Analizator müstəvisi ilə φ bucağı təşkil edən rəqsin E0 amplitudunu bu müstəviyə paralel və pendikulyar olan iki toplanana ayırmaq olar.



Deməli, birinci rəqs cihazdan keçəcək, ikincisi isə udulacaq. Cihazdan keçən işığın intensivliyi paralel rəqslərdəki elektrik sahəsi intensivliyinin kvadratı ilə mütənasib olduğundan



Yüklə 4,05 Mb.
Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin