Durğun dalğa üzərində olan bütün nöqtələr (yarımdalğa tərtibində) eyni faza, müxtəlif amplitudlarla rəqs edirlər. Ən böyük amplitud ilə rəqs edən nöqtələr durğun dalğanın qarın nöqtələri adlanır. İki qonşu düyün və ya qarın nöqtələri arasındakı məsafəyə durğun dalğanın dalğa uzunluğu deyilir.