Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə30/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   405
Gürcüstan.  Gürcüstan Ģərabçılığı qədim  ənənələrə malik olub, 

tarixi  bir  neçə  min  illiklərlə  müəyyən  olunur.  Gürcüstan 

Ģərabçılığının  özünəməxsusluğu  ondadır  ki,  burada  500-ə  yaxın 

aborigen  sortlar  vardır.  Onların  27-sindən  Ģərab  hazırlanır. 

Üzümlüklərinin sahəsi 60 min hektara yaxındır. Burada yerli üzüm 

sortları  becərildiyi  ərazilər  üç  əsas  hissəyə  ġərqi,  Mərkəzi,  Qərbi 

və on Ģərabçılıq bölgəsinə bölünür: Kaxet, Kartli, Camse-Cxaveri, 

Acari,  Quriya,  Ġmereti,  Raça-Leçxumi,  Sameqrello,  Svaneti  və 

Abxaziya. 

Ən  geniĢ  yayılan  yerli  üzüm  sortlarından  Saperavi,  Rkasiteli, 

Solikouri,  Aleksandrouli,  Çxaveri,  Çinuri,  Msavani  və  b. 

göstərmək olar.  

Saperavi üzüm sortundan ən məĢhur gürcü Ģərabları: ―Kindzma-

rauli‖,  ‖AxeĢani‖,  ―Napareuli‖,  ―Mukuzani‖,  ―Pirosmani‖  və  sort 

Ģərabı  ―Saperavi‖  hazırlanır.  Rkasiteli  sortundan  tünd,  desert  və 

likor Ģərablar; portveyn ―Kardanazi‖, madera ―Xirsa‖, orijinal likor 

Ģərab ―Saamo‖ və gözəl konyak ―Eniseli‖ hazırlanır. Aleksandrouli 

sortundan təbii-Ģirin Ģərab Xvançkara hazırlanır. Gürcüstan özünün 




 

~ 49 ~ 


 

―Kaxet‖ üsulu ilə tanınır. 

Əsas Ģərab istehsalçıları ―Telavi‖ Ģərab (1915-ci ildə yaradılıb) 

və ―Tiflis‖ Ģərab zirzəmiləridir (1999-cu ildə yaradılmıĢ və əvvəlki 

adı ―AxeĢani‖ olmuĢdur). 

Avropa  üsulu  ilə  respublikada  yüngül,  incə,  zərif  meyvə  tonlu 

markalı  süfrə  Ģərabları  –  Sinandali,  Qurdcanii,  Solukouri 

hazırlanır.  Kaxet  üsulu  ilə  süfrə  Ģərabları  –  Kaxeti  (ordinar), 

Tibiiani (markalı) və digər ―tutumlu‖ yumĢaq fövqalədə harmonik 

dadlı,  spesifik  meyvə  ətrilə  bal  tonlu  Ģərablar  alınır.  Ġmeretiya 

üsülu ilə qızılı rəngdə, bal tonlu və meyvə ətirli Sviri adlı markalı 

süfrə Ģərabı hazırlanır.  

Qırmızı süfrə Ģərabları (Avropa və kaxet üsulu ilə) – Mukuzani, 

Napareuli,  Teliani  hazırlanır.  Təbii  kəmĢirin  Ģərabları  –  Axmeta, 

Kindzmarauli, OdcaleĢi, Xvançkara və b. göstərmək olar. 

Maraqlı tünd Ģərab markaları – Anaqa, Ağ Kardanaxı, həmçinin 

xeyli saxlanıb yetiĢdirilən qızılı brendi – Varsixe, Qremi, Yeniseli, 

Sakartvelo – yaxĢı inkiĢaf etmiĢ zərif buketlə, yumĢaq və harmonik 

dadla buraxılır. 

2004-cü  ilə  qədər  gürcü  Ģərablarının  80%-i  Rusiya  bazarlarına 

ixrac  olunurdu. Rusiyanın embarqosundan sonra həmin məhsullar 

30-a yaxın ölkədə satılır. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin