709) Yanğın zamanı ölüm hadisə yerində baş verərsə, ona səbəb nə olur?
A) Ağ ciyər arteriyasının tromboemboliyası
B) Ağ ciyərin iltihabı
C) Dəm qazı və tüstü ilə kəskin zəhərlənmə
D) Qara ciyərin sirrozu
E) Said sümüklərinin sınığı
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
710) Yanıq nəticəsində ölüm xəstəxanada ilk üç gün ərzində hansı səbəbdən baş verə bilər?
A) Beyinə qansızmadan
B) Kömürləşmədən
C) Ağ ciyər vərəmindən
D) Yanıq şokundan
E) Qanitirmədən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
711) Bədəndə yanığın sahəsinin təyin edilməsi hansı qaydaya əsaslanır?
A) “Doqquzlar qaydası”na əsasən
B) Sağlamlığa zərərvurma dərəcəsinin təyini qaydalarına əsasən
C) Yanığı törədən amillərin təyininə əsasən
D) Yalnız kömürləşmiş hissələrin təyininə əsasən
E) Belə qayda yoxdur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |