Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları



Yüklə 1.48 Mb.
səhifə1/19
tarix07.12.2016
ölçüsü1.48 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları

Məhkəmə təbabətinin predmeti, metodları, məzmunu və onun inkişafına dair qısa tarixi məlumat.

1) Azərbaycan Respublikasında Dövlət Məhkəmə - Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası hansı qanundur?

A) Ədliyyə orqanları haqqında qanun

B) Əmək Məcəlləsi

C) Prokurorluq haqqında qanun

D) Azərbaycan Respublikasının Konstitusiyası

E) Cəzaların İcrası Məcəlləsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009.
2) Azərbaycan Respublikasında Dövlət Məhkəmə -Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası hansı qanundur?

A) Vəkillik haqqında Qanun

B) ”Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

C) Daxili işlər orqanları haqqında Qanun

D) Ailə Məcəlləsi

E) Məhkəmələr haqqında Qanun


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
3) Azərbaycan Respublikasında Dövlət Məhkəmə-Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası hansı Qanundur?

A) Cinayət Prosessual Məcəlləsi

B) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

D) Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi

E) Azərbaycan Respublikasının Seçki Məcəlləsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
4) Azərbaycan Respublikasında Dövlət Məhkəmə - Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası hansı Qanundur?

A) Əhalinin sağlamlığının qorunması haqqında Qanun

B) Ədliyyə orqanları haqqında Qanun

C) Psixiatriya haqqında Qanun

D) Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Qanun

E) Narkoloji xidmət və nəzarət haqqında Qanun


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
5) Azərbaycan Respublikasında Dövlət Məhkəmə - Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası hansı Qanundur?

A) Azərbaycan Respublikasının Ailə Məcəlləsi

B) Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun

C) “Özəl Tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu

D) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

E) Əczaçılıq fəaliyyəti haqqında Qanun


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
6) Məhkəmə - Tibbi Ekspertizanın hüquqi əsasını hansı hüquqi normativ sənəd təşkil etmir?

A) Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanun

B) İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Qanun

C) İnsan immunçatmamazlığı xəstəliyinin yayılmasının qarşısının alınması haqqında Qanun

D) ”Müxtəlif travmalar nəticəsində əmək qabiliyyətinin itirilməsi faizi” haqqında Səhiyyə Nazirliyinin Əmri

E) Özəl Tibbi fəaliyyət haqqında Qanun


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009

7) Məhkəmə -Tibbi Ekspertizaların təşkili və keçirilməsi haqqında Səhiyyə Nazirliyi tərəfindən hansı sənəd təsdiqlənmiş normativ sənəd hesab edilmir?

A) Cinsi cinayətlərin məhkəmə tibbi ekspertizasına dair qaydalar

B) Meyitin aşkar olunduğu yerdə məhkəmə təbabəti üzrə mütəxəssisin iştirakı

C) Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası qaydaları

D) Azərbaycan Respublikasında “Məhkəmə Tibbi Ekspertizaların təşkili və keçirilməsi” haqqında Əsasnamə

E) Meyitin məhkəmə tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında təlimat


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
8) Məhkəmə- Tibbi Ekspertizanın təşkili və keçirilməsi haqqında Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilməmiş sənəd hansıdır?

A) Məhkəmə kimya şöbəsində maddi sübutların ekspertizasının keçirilmə qaydaları

B) Cinayət və mülki işlər üzrə məhkəmə tibbi ekspertizaların keçirilməsi qaydaları

C) Tibbi kriminalistika şöbəsində ekspertizaların keçirilməsi qaydaları

D) Molekulyar genetik tədqiqatların aparılması qaydaları

E) Tibbi biologiya şöbəsində maddi sübutların ekspertizasının keçirilməsi və oxşarlığın təyin olunması qaydaları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
9) Hansı cinayət şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətdir?

A) Ehtiyatsızlıqdan adam öldürmə

B) Döymə

C) Qəsdən sağlamlığa ağır zərərvurma

D) İşgəncə vermə

E) Seksual xarakterli zorakı hərəkətlər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

10) Ekspert qismində kim dəvət oluna bilər?

A) Müstəntiq

B) Şahid

C) Hakim


D) Rəy vermək üçün zəruri biliyi olan hər hansı bir şəxs

E) Vəkil
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009


11) Ekspert qismində kim dəvət oluna bilər?

A) Tədqiqatçı

B) Təqsirləndirilən şəxs

C) Müvafiq ekspert idarəsinin eksperti

D) Hakim

E) Zərərçəkmiş şəxs


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
12) Ekspert qismində kim dəvət oluna bilər?

A) Vəkil

B) Təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmənin dövlət ekspert idarəsindən təyin etdiyi mütəxəssis

C) Hər hansı bir vəkil

D) Prokuror

E) Xüsusi təcrübəsi olan orta tibb işçisi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
13) Məhkəmə -Tibbi Ekspertizanın əsas professional fəaliyyətinin növü hansıdır?

A) Məcburi

B) Könüllü

C) Əsas


D) Əlavə

E) Prosessual


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

14) Məhkəmə - Tibbi Ekspertizanın əsas professional fəaliyyətinin növü hansıdır?

A) Əlavə


B) Əsas

C) Qeyri-prosessual

D) Birbaşa

E) Dolayı


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
15) Məhkəmə - Tibbi Ekspertizanın əlavə prosessual formasına hansı fəaliyyət aid edilmir?

A) Mütəxəssisin dindirilməsi

B) İstintaq hərəkətində mütəxəssisin iştirakı

C) Məhkəmə tibbi biliklərin müstəntiq və ya hər hansı bir şəxs tərəfdən tətbiq edilməsi

D) İstintaq hərəkətində ekspertin iştirakı

E) Məhkəmə tibbi ekspertizanın ekspert idarəsində keçirilməsi


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
16) Hansı sualın həllində məhkəmə tibbi biliklərdən istifadənin prosessual üsulu məcburi sayılır?

A) Meyitə baxışda

B) Ekshumasiyada

C) Ölümün səbəbinin təyinində

D) Mütəxəssisin dindirilməsində

E) Canlı şəxsin müayinəsində


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

17) Hansı məsələnin həllində məhkəmə tibbi biliklərdən istifadənin prosessual üsulu məcburi sayılır?

A) Müqayisə üçün nümunələrin götürülməsi

B) İfadələrin yerində yoxlanılması

C) Sağlamlığa zərərvurmanın xarakterinin və dərəcəsinin təyini

D) Hadisə yerinə baxışda iştirak

E) İstintaq eksperimentinin keçirilməsi


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
18) Hansı məsələnin həllində məhkəmə tibbi biliklərdən istifadənin prosessual üsulu məcburi hesab olunur?

A) Tanınmada iştirakda

B) Ekshumasiyada

C) Axtarışda iştirakda

D) Digər sualların həlli

E) Şübhəli şəxsin, təqsirləndirilən və zərərçəkənin fiziki vəziyyətinin təyin edilməsində


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

19) Hansı məsələnin həllində məhkəmə tibbi biliklərdən istifadənin prosessual üsulu məcburi sayılır?

A) Yaşın təyinində

B) Axtarışda

C) Dindirmədə

D) Tanınmada

E) Baxışda


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
20) Bunlardan hansında məhkəmə təbabəti üzrə mütəxəssis ekspert kimi fəaliyyət göstərir?

A) Müqayisə üçün nümunələrin götürülməsində

B) İstintaq eksperimentində

C) Meyitə baxışda

D) Ekshumasiyada

E) Məhkəmə tibbi ekspertizada


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
21) Ekspertin mütəxəssis kimi hansı istintaq hərəkətində iştirakı məcburi hesab edilir?

A) İstintaq eksperimentində

B) Baxışda

C) Axtarışda

D) Tanınmada

E) Meyitə baxışda


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

22) Ekspertin mütəxəssis kimi hansı istintaq hərəkətində iştirakı məcburi hesab edilir?

A) Axtarışda

B) Baxışda

C) Üzləşmədə

D) Ekshumasiyada

E) Tanınmada


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
23) Məhkəmə tibbi biliklərin cinayət mühakimə icraatında tətbiqi zamanı hansı üsul mövcuddur?

A) İkili


B) Birbaşa

C) Məcburi

D) Yanaşı

E) Dolayı


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
24) Məhkəmə tibbi biliklərin cinayət mühakimə icraatında tətbiqi zamanı hansı üsul mövcuddur?

A) Dolayı

B) Könüllü

C) Mərhələli

D) Qarşılıqlı

E) İkili
Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008



25) Məhkəmə-Tibbi Ekspertizanın obyektlərinə hansı müayinə obyekti aid deyildir?

A) Canlı şəxslər

B) Xətt nümunələri

C) Meyitlər

D) Tibbi sənədlər

E) İş materialları


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
26) Canlı şəxsin prosessual statusu hansıdır?

A) Maddi sübut

B) Zərərçəkmiş

C) Qanunu

D) Tərbiyəçi

E) Müəllim


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
27) Canlı şəxsin prosessual statusu hansıdır?

A) Şübhəli şəxs

B) Hakim

C) Həkim


D) Prosessual statusu olmayan obyekt

E) Valideyn


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
28) Canlı şəxsin prosessual statusu hansıdır?

A) Xəstələnmiş şəxs

B) Təqsirləndirilən şəxs

C) Prosessual statusu olmayan obyekt

D) Ziyan çəkmiş şəxs

E) Yaşlı şəxs


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
29) Canlı şəxsin prosessual statusu hansıdır?

A) Şahid

B) Statusu yoxdur

C) Vəkil


D) Xəstə

E) Maddi sübut


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
30) Meyit hansı prosessual statusa malikdir?

A) Prosessual statusu olmayan obyektə

B) Zərərçəkmiş

C) Mərhumə

D) Mərhum

E) Dünyasını dəyişmiş


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

31) Meyit hissələri hansı prosessual statusa malikdir?

A) Müəmmalı qətl hadisəsi

B) Prosessual statusu olmayan obyektə

C) Hadisənin gizlədilməsi

D) Öldürülmüş

E) Kriminal öldürülmüş


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
32) Tibbi sənədlər hansı prosessual statusa malikdir?

A) Sənədlər

B) Statusu yoxdur

C) Tibbi məlumat toplusu

D) Epikriz

E) Həkim rəyi


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
33) İstintaq və məhkəmə hərəkətlərinin protokolları hansı prosessual statusa malikdir?

A) Məhkəmənin qərardadı

B) Sənədlər

C) Hüquq–mühafizə orqanının göndərişi

D) Müstəntiqin qərarı

E) Statusu yoxdur


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

34) Nümunələrin hansı onun növü hesab edilmir?

A) Nəzarət

B) Etalon

C) Eksperimental

D) Qarşılıqlı – eksperiment

E) Tibbi
Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008


35) Məhkəmə - Tibbi Ekspertizanın bilavasitə müayinə obyekti hansıdır?

A) Atəşə yararlığın öyrənilməsi üçün odlu silah

B) Hadisə yerində aşkar olunmuş meyit

C) Patoloji – anatomik meyit

D) Yanğına səbəb olmuş yanacaq

E) Xətt nümunələri


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
36) Biotibbi etika sərbəst bir fəsil olaraq ilk dəfə hansı müəllifin «Məhkəmə təbabəti» dərsliyində və tədris proqramında neçənci ildə öz əksini tapmışdır?

A) Ş.A.Səlimxanov, 1992-ci il

B) Ş.M.Musayev, 1999-cu il

C) R.M.Yusifli, 1994-cü il

D) Ş.A.Səlimxanov, R.M.Yusifli, 1995-ci il

E) R.M.Yusifli, 1999-cu il


Ədəbiyyat: Şakir Musayev.”Məhkəmə təbabəti”. Bakı, 1999

37) Məhkəmə tibbi biliklərdən istifadənin qeyri-prosessual forması hansıdır?

A) Dövlət məhkəmə ekspert idarəsinin rəhbərinin nəzarətedici və göstərişverici fəaliyyəti

B) Ölümün səbəbinin təyini üçün meyitin ekspertizası

C) Yaşın təyinin ekspertizası

D) Xəsarətin əmələ gəlmə mexanizminin qiymətləndirilməsi ekspertizası

E) Şübhəli şəxsin ekspertizası


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

38) Məhkəmə tibbi biliklərdən istifadənin qeyri-prosessual forması hansıdır?

A) İstintaq eksperimentində iştirak

B) Ekspertin dindirilməsi

C) Meyitin ekspertizası

D) Mütəxəssislərin arayış – məlumatverici məlumatı

E) Müqayisəli nümunənin götürülməsi


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
39) Məhkəmə tibbi biliklərdən istifadənin qeyri-prosessual forması hansıdır?

A) Mütəxəssislərin məsləhətverici fəaliyyəti

B) Ekshumasiyada iştirak

C) Dindirmədə iştirak

D) Təqsirləndirilən şəxsin ekspertizası

E) Meyit hissələrinin ekspertizası


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
40) Məhkəmə tibbi biliklərdən istifadənin qeyri-prosessual forması hansıdır?

A) Zərərçəkmişin yaşının təyini ekspertizası

B) Həyatla bir araya sığmayan zədələnmədə aktiv hərəkət etmələrin təyini

C) Cinayətin baş vermə şəraitinin mərhələlərlə bərpası ekspertizası

D) Bakirəliyin təyini ekspertizası

E) Dövlət ekspert idarəsinin əməkdaşları ilə cinayət mühakimə icraatı iştirakçılarının qarşılıqlı əlaqəsinin təşkili


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008
41) Məhkəmə tibbi biliklərdən istifadənin qeyri-prosessual formasına aid deyildir?

A) Qohumluğun təyini ekspertizası

B) Mütəxəssisin arayış – məlumat vermə fəaliyyəti

C) Əməkdaşlıq konsepsiyasının formalaşdırılması

D) Mütəxəssisin məsləhətverici fəaliyyəti

E) Ekspert idarəsinin və istintaq məhkəmə orqanları əməkdaşlarının müştərək iş fəaliyyətinin təşkili


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

42) Məhkəmə-tibbi ekspertizasının aparılma qaydalarının təsnifatına aid deyil?

A) İstifadə olunan bilik sahəsinə görə

B) Tədqiqatın həcminə görə

C) Obyektlərin sayına görə

D) Ekspertlərin sayına görə

E) III instansiyada keçirilməsinə görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
43) Hansı hal məhkəmə-tibbi ekspertizanın aparılma qaydasının təsnifatı hesab edilir?

A) Üçüncülü icraya görə

B) İcra edilməsi ardıcıllığına görə

C) İkincili icraya görə

D) Birincili icraya görə

E) Axırıncı icraya görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
44) Təkrarı ekspertizanın təyin edilməsinə əsas hansıdır?

A) Rəyin geniş həcmdə tərtib edilməməsi

B) Rəyin əl ilə yazılması

C) Rəyin əsassızlığı

D) Rəyin tərtib müddətinin pozulması

E) Rəyin makinada çap edilməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
45) Təkrarı ekspertizanın təyin edilməsinə əsas hansıdır?

A) Rəyin digər iş materiallarına uyğun olmaması

B) Rəyə rəngsiz foto cədvəlin əlavə edilməsi

C) Rəyə əlavə edilən ilyustrativ materialların çoxluğu

D) İş materiallarının vaxtında təqdim edilməməsi

E) Rəyin icrasının 10 günə qədər olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006

46) Ekspertin müstəntiqin çağırışına gəlməməsinin üzürlü səbəbi hansıdır?

A) Şəxsi avtomobilini təmirə apardığı üçün

B) Eksperti gəlməkdən məhrum edən xəstəlik

C) Qonaqlığa dəvət olunduğuna görə

D) İstirahət etdiyinə görə

E) Təyin olunan vaxtda başqa işinin olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006

47) Ekspertin müstəntiqin çağırışına gəlməməsinin üzürlü olmayan səbəbi hansıdır?

A) Ekspertin ezamiyyətdə olması

B) Çağırışı vaxtında almamaq

C) Ekspertin şəxsi işinin olması

D) Təbii fəlakət

E) Eksperti gəlməkdən məhrum edən xəstəlik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
48) Həyat və sağlamlıq əleyhinə olan cinayət hansıdır?

A) Seksual xarakterli hərəkətlərə məcbur etmə

B) Ehtiyatsızlıqdan sağlamlığa Az ağır zərər vurma

C) Əxlaqsız hərəkətlər

D) On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma

E) Zorlama


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000
49) Həyat və sağlamlıq əleyhinə olan cinayətə aid deyil?

A) Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi

B) Qəsdən sağlamlığa yüngül zərər vurma

C) Xuliqanlıq

D) Qəsdən adam öldürmə

E) Özünü öldürmə həddinə çatdırma


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000
50) Məhkəmə-tibbi ekspertizaların təşkilini və icrasını həyata keçirən səlahiyyətli dövlət ekspert idarəsi hansıdır?

A) Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzi

B) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi

C) Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Mərkəzi

D) Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi

E) Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanseri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
51) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin strukturuna hansı şöbə aid deyildir?

A) Təşkilati metodik şöbə

B) Məhkəmə sənətşünaslıq şöbəsi

C) Operativ məhkəmə-tibbi xidmətin təşkili şöbəsi

D) Məhkəmə-tibbi kriminalistik şöbə

E) Ekspertizalara nəzarət şöbəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
52) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin strukturunun laborator xidmət sahələrinə hansı bölmənin (şöbənin) aidiyyatı yoxdur?

A) Məhkəmə tibbi trassoloji bölmənin

B) Şəxsiyyətin identifikasiya bölməsinin

C) Təkrari ekspertizalar şöbəsinin

D) Məhkəmə tibbi antropoloji bölmənin

E) Spektoqrafik ekspertizalar bölməsinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009

53) Məhkəmə biologiya şöbəsinin strukturuna hansı bölmə aid deyildir?

A) Seroloji bölmə

B) Tüklərin müayinəsi bölməsi

C) Molekulyar genetik bölmə

D) Məhkəmə tibbi antropoloji bölmə

E) Sitoloji bölmə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009
54) Məhkəmə tibbi kriminalistika şöbəsinin strukturuna hansı bölmə daxil deyildir?

A) Məhkəmə tibbi-ballistik bölmə

B) Məhkəmə tibbi-trassoloji bölmə

C) Şəxsiyyətin identifikasiyası bölməsi

D) Məhkəmə xətşünaslıq ekspertizası bölməsi

E) Spektoqrafik ekspertizası bölməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009

55) Məhkəmə kimya şöbəsinin strukturuna hansı bölmə aid deyildir?

A) Biokimyəvi bölmə

B) Narkotik maddələrin təyini bölməsi

C) Qida zəhərlənməsi bölməsi

D) Radioaktiv kimyəvi bölmə

E) Yeyinti məhsullarının məhkəmə ekspertizası bölməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009

56) Nümunələr hansı prosessual statusa malikdir?

A) Prosessual statusu yoxdur

B) Maddi sübut

C) Müqayisəli müayinə üçün nümunələr

D) Meyitə məxsus nümunə

E) Zərərçəkmişin biomaterialı


Ədəbiyyat: Şakir Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. Bakı, 2008

57) Məhkəmə tibbi ballistik ekspertizanın icrası hansı şöbə tərəfindən yerinə yetirilir?

A) Operativ məhkəmə tibbi xidmət şöbəsi

B) Məhkəmə tibbi antropoloji bölmə

C) Məhkəmə biologiya şöbəsi

D) Komission ekspertizalar şöbəsi

E) Məhkəmə tibbi kriminalistika şöbəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, II cild. Bakı, 2009
58) Molekulyar genetik ekspertizalar zamanı hansı sual öz həllini tapır?

A) Qrup daxili identifikasiya

B) Qrup mənsubiyyətinin təyini

C) Cinsin təyini

D) Regionallığın təyini

E) Oxşarlığın təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, II cild. Bakı, 2009
59) Molekulyar genetik ekspertizanın səlahiyyətinə hansı məsələnin həlli aiddir?

A) Hadisənin baş vermə şəraitinin bərpası

B) Qana görə hamiləliyin təyini

C) Qan izinin əmələ gəlmə mexanizminin təyini

D) Şəxsiyyətin identifikasiyası

E) Cinayət alətinin identifikasiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, II cild. Bakı, 2009

60) Molekulyar genetik ekspertizanın səlahiyyətinə hansı məsələnin həlli aiddir?

A) Qohumluğun təyini

B) Yaşın təyini

C) Antropoloji göstəricilərin təyini

D) İnsan toxumasının qrup daxili mənsubiyyətinin təyini

E) Biomaterialın biomexaniki imkanlarının təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, II cild. Bakı, 2009

61) Sağlamlığa zərər vurmanın (xəsarətin) ekspertizası zamanı hansı məsələ öz həllini tapa bilməz?

A) İz törədən alətin təyini

B) Ağırlıq dərəcəsin təyini

C) Törənmə müddətinin təyini

D) Yaşın təyini

E) Xəsarətin xarakterinin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

62) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?

A) Zədənin əmələ gəlmə mexanizminin təyini

B) Xəsarətin xarakteri

C) Alətin identifikasiyası

D) Yaşın təyini

E) Sağlamlığın ümumi vəziyyətinin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə