226) Meyitin hadisə yerində müayinəsi nədən başlanır?
A) Meyit əlamətlərinin müayinəsindən
B) Xəsarətlərin müayinəsindən
C) Antropometrik parametrlərin təyinindən
D) Pozanın təsvirindən
E) Paltarların müayinəsindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
227) Təyyarənin yerə düşməsi nəticəsində həlak olmuş şəxslərin meyitlərinin xarici baxışında hansı xəsarətlər aşkar olunmur?
A) Yuxarı və aşağı ətraf sümüklərinin sınıqları
B) Təyyarə pərlərinin törətdiyi geniş həcmdə müşahidə olunan çapılmış yaralar
C) Bədənin ayrı-ayrı hissələrinin qopub ayrılması
D) Daxili orqanların əzilib-dağılması və evakuasiyası
E) Bədənin geniş ölçülü,kobud mexaniki zədələnmələri
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
228) Ətraf mühitin temperaturunun 18 dərəcə C olduğu şəraitdə, ölümün baş verməsindən sonra ilk 6 saatda bədənin hərarəti hər saatda neçə dərəcə düşür?
A) 20-30 dərəcə C
B) 10-15 dərəcə C
C) 5-10 dərəcə C
D) 3– 5 dərəcə C
E) 1,0-1,5 dərəcə C
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |