Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə96/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   92   93   94   95   96   97   98   99   ...   186
Etiotrop müalicə – çox az hallarda mümkün olmur, çünki bütün 
hallarda xəstəliyin yaranmasının səbəbini aydınlaşdırmaq mümkün 
olmur. 
Patogenetik müalicə.  Xəstəliyi yaradan prosesin patogenezinə 
uyğun olaraq immun proseslərə, iltihaba, damardaxili koaqulyasiya 
proseslərinə təsir etməklə böyrək patoloji prosesi geri oturdulur, ya-
xud onun proqressi ləngidilir.  
Hazırda qlomerulonefritin müalicəsində qlyukokortikoidlər, 
sitostatiklər, AÇFİ, antikoaqulyantlar, antiaqreqantlar, hipolipidemik 
preparatlar və plazmaferez istifadə edilir. 


 
176
Qlyukokortikoidlər (QK) – QK müalicə effektinin mexanizmi ilti-
habəleyhinə  və immunodepressiv təsirə  əsaslanır, iltihaba cavabdeh 
hüceyrələrin funksiyasına təsir edərək iltihabın humoral faktorlarının 
əmələ  gəlməsinə, digər tərəfdən – immun cavaba, xüsusən hüceyrə 
həlqəsinə təsir edir.  
QN zamanı QK tətbiqi rejimləri (sxemləri). 
QK-nin iki üsul ilə tətbiqi effektiv sayılır: 
1. Uzunmüddətli, gündəlik yüksək və ya mötədil yüksək dozada 
QK (prednizalon) daxilə verilir. 
2. Vena daxilinə çox yüksək dozada (puls) QK (metilprednizalon 
və ya prednizalon) təyin olunur. 
Prednizalonun yüksək dozasının hər gün qəbulu. Prednizalon 1-2 
mq/kq gündə 1-2 ay ərzində daxilə, səhər bir dəfəyə, yaxud 2-3 
qəbula verilir. Dərmanın hissə-hissə qəbulu birdəfəlik qəbuldan yax-
şı sayılır. Müsbət nəticə aldıqdan sonra gündəlik doza tədricən – ¼ 
tablet 3 gün ərzində azaldılır və saxlayıcı doza seçilir.  
Prednizalonun yüksək dozasının günaşırı qəbulu. Xəstə ikigünlük 
prednizalon dozasını səhər bir dəfə, günaşırı qəbul edir. Əksər hallar-
da uşaqlarda bu üsul istifadə olunur. Dərmanın yan təsirləri az olur, 
amma müalicə effekti fərqlənmir, saxlayıcı doza bu üsul ilə verilə 
bilər.  

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin