MəMMƏdov qəRİb xəLİlov mahmud


Øÿêil 6.13. Bir neçə yaruslu Mərkəzi Amazon «Yağışlı meşə»



Yüklə 4,78 Mb.
səhifə196/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   192   193   194   195   196   197   198   199   ...   751
Øÿêil 6.13. Bir neçə yaruslu Mərkəzi Amazon «Yağışlı meşə» 

 

Yağışlı tropik meşələrdə  ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən  ən hündür ağaclar üst yarusu 



yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) Alt yarus – yalnız ümumi çətirdə 

işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və 

epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir – bir neçə hektar sahədə rast gəlinən növlərin sayı 

bütün Avropanın florasında olan növlərin sayı  qədərdir (Y.Odum, 1986). Bu meşələrdə  ağac növlərinin sayı 

170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla 

birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).  

Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida maddələrinin 

dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə  və  ağacların dərinə 

getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez bioloji dövrana qoşulur. 

Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.  

Tropikanın dağlıq rayonlarında  dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin 

növmüxtəlifliyi olub bəzi xarakterik əlamətlərinə görə  fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü 

alçaqboylu olur və epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir.  

Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya 



sahil meşələri adlanır.  


 

102


Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst 

yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan 

məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları, 

qurbağalar və quşlara rast gəlinir. Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm 

ekoloji rol oynayır. Belə ki, Barro-Kolorado rayonunun 15 km

2

 sahəsində, 20000-dən artıq həşərat təsvir 



olunmuşdur, lakin Avropanın bu qədər sahəsində onların sayı  cəmi bir neçə yüzə çatır. Tropik meşələrin iri 

heyvanlarından  ən məşhurları meymunlar, yaquarlar, qarışqayeyənlər,  ərincək, kaquar, insanabənzər 

meymunlar, kəl, Hindistan fili, kondor, karol keçəl kərkəsi, tovuzquşu, tutuquşu və b. göstərmək olar. 

Heyvanların əsas qidası meyvə və termitlərdir.  

Yağışlı meşələr məhv edilən yerlərdə çox vaxt törəmə tipli ağaclıq yaranır, onların tərkibinə iynəyarpaqlı 

cinslər (Afrikada – Musanga; Amerikada – Cecropia; Malaziyada - Macoranga) daxil olur. Törəmə tipli meşə 

çox sıx olub ilkin meşəlikdən ekoloji və floristik baxımdan fərqlənir. «Klimaks» meşə örtüyü çox tədricən bərpa 

olunur. «Klimaks» vəziyyətinə çatmaq üçün uzunmüddətli suksessiya tsiklləri tələb olunur. Bu prosesi 

tezləşdirmək məqsədilə xüsusi meşəçilik tədbirləri həyata keçirmək lazımdır.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin