2
Elmi redaktor: akademik B.Ə.BUDAQOV
Məmmədov Q.Ş, Xəlilov M.Y.
«Ekologiya və ətraf mühitin mühafizəsi»
Bakı, «Elm» nəşriyyatı – 2005, 880 s.
Kitabda həyat mühiti və ekoloji faktorların xarakteristikası, populyasiyalar, biosenozlar və
biosferin ətraflı təhlili, landşaft əsasında biosferin təbii ekosistemlərinin təsnifatı,
atmosfer, hidrosfer,
litosfer, biosferin dünyada və respublikamızda müasir vəziyyəti, antropogen amillərin təsiri ilə dəyişil-
məsi istiqamətləri və onlardan düzgün istifadə məsələləri, pestisid və gübrələrin tətbiqi, suvarma, me-
şəsizləşdirmə və səhralaşmanın ekoloji nəticələri, mühafizə olunan ərazilər (qoruq, yasaqlıq və milli
parklar), beynəlxalq və daxili turizm, bəşəriyyətin sosial-ekoloji problemləri (urbanizasiya, energetika,
ərzaq, nüvə müharibəsi, sağlamlıq) və s. haqqında geniş məlumat verilir.
Kitab ekoloq, bioloq, coğrafiyaşünas, meşəçi, torpaqşünas, geobotanik, kənd təsərrüfatı işçiləri,
həmçinin təbii sərvətlərdən istifadə və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər, ali
məktəb müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.