MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə1/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
  1   2   3   4   5   6   7   8   9   ...   75

MƏMMƏDOV QƏRİB    

XƏLİLOV MAHMUD 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EKOLOGİYA VƏ  

ƏTRAF MÜHİTİN  

MÜHAFİZƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – «ELM» – 2005

 

2

Elmi redaktor: akademik B.Ə.BUDAQOV 



 

Məmmədov Q.Ş, Xəlilov M.Y.  

«Ekologiya və ətraf mühitin mühafizəsi» 

Bakı, «Elm» nəşriyyatı – 2005, 880 s. 

 

Kitabda həyat mühiti və ekoloji faktorların xarakteristikası, populyasiyalar, biosenozlar və 



biosferin ətraflı təhlili, landşaft əsasında biosferin təbii ekosistemlərinin təsnifatı, atmosfer, hidrosfer, 

litosfer, biosferin dünyada və respublikamızda müasir vəziyyəti, antropogen amillərin təsiri ilə dəyişil-

məsi istiqamətləri və onlardan düzgün istifadə məsələləri, pestisid və gübrələrin tətbiqi, suvarma, me-

şəsizləşdirmə  və  səhralaşmanın ekoloji nəticələri, mühafizə olunan ərazilər (qoruq, yasaqlıq və milli 

parklar), beynəlxalq və daxili turizm, bəşəriyyətin sosial-ekoloji problemləri (urbanizasiya, energetika, 

ərzaq, nüvə müharibəsi, sağlamlıq) və s. haqqında geniş məlumat verilir. 

Kitab ekoloq, bioloq, coğrafiyaşünas, meşəçi, torpaqşünas, geobotanik, kənd təsərrüfatı  işçiləri, 

həmçinin təbii sərvətlərdən istifadə və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər, ali 

məktəb müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. 

 

ECOLOGY AND PROTECTION OF ENVIRONMENT 

 

Garib Shamil oglu Mammadov, 

Mahmud Yusif oglu Khalilov  

 

The present situation of atmosphere, hydrosphere, litosphere, biosphere over the world and in our 



republic, their changing directions under the influence of anthropogenic factors and questions of their 

proper use widely elucidated in the book. 

The book is intended to be used by ecologists, biologists, geograhers, foresters, soil-scientists geo-

botanists, agricultural workers, as well as those specialists who are concerned with the use of natural 

resources and questions of their protection, teachers and students of higher educational establishments. 

 

ISBN 5 – 8066 – 1698 – 3 



 

 

2005



)

07

(



655

1901000000

 Qrifli nəşr 



© «Elm» nəşriyyatı, 2005 

 

3

MÜNDƏRİCAT 



 

Giriş 


 

I Fəsil. Ekologiya elminin inkişaf tarixi  

Azərbaycanda ekologiya elminin tarixi 

 

I HİSSƏ. NƏZƏRİ EKOLOGİYA 

 

II Fəsil. Həyat (yaşayış) mühiti və ekoloji faktorlar   

2.1. Limitləşdirici faktorlar, optimum qanunu 

2.2. Orqanizmin həyatında fiziki və kimyəvi faktorların əhəmiyyəti 

2.2.1. Temperaturun orqanizmə təsiri 

2.2.2. İşıq və onun orqanizmlərin həyatında rolu 

2.3. Orqanizmlərin həyatında suyun rolu 

2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi 

2.3.2. Dünya okeanının ekoloji zonaları 

2.3.3. Su mühitinin əsas xassələri 

- Suyun sıxlığı 

- Oksigen rejimi 

- Duz rejimi 

- Temperatur rejimi 

- İşıq rejimi 

2.4.4. Temperatur və rütubətliyin birgə təsiri 

2.5.5. Atmosfer qazları – ekoloji faktor kimi 

2.6.6. Edafik faktorlar, onların bitki və torpağın flora-faunasının həyatında rolu 

- Torpağın canlı sakinləri (orqanizmləri) 

2.7. Yanğınlar ekoloji faktor kimi 



III Fəsil. Populyasiyalar 

3.1. Növün populyasiya strukturu 

3.2. Populyasiyanın ayrılma dərəcəsi 

3.3. Populyasiyanın təsnifatı 

3.4. Populyasiyanın bioloji strukturu 

3.5. Bitkilərdə populyasiyanın yaş strukturu 

3.6. Heyvanlarda populyasiyanın yaş strukturu 

3.7. Populyasiyanın məkan (ərazi) strukturu 

3.8. Heyvan populyasiyasının etoloji strukturu 

3.9. Populyasiyanın dinamikası 

3.9.1. Say dinamikasının tipləri 

3.9.2. Say dinamikası faktorları 

3.9.3. Senopopulyasiyanın dinamikası 

3.9.4. Populyasiyanın homeostazı 



IV Fəsil. Biosenozlar (biotik qruplaşmalar) 

4.1. Biosenozun strukturu 

4.1.1. Biosenozun növ strukturu 

4.1.2. Biosenozun ərazi (məkan) strukturu 

4.2. Biosenozda orqanizmlərin əlaqələri 


 

4

4.3. Yırtıcı-şikar, parazit-sahib əlaqələri 



4.4. Kommensalizm 

4.5. Mutalizm (simbioz) 

4.6. Neytralizm 

4.7. Amensalizm 

4.8. Rəqabət 

4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji mövqe, ekoloji yuva, ekoloji 

nişa) 

V Fəsil. Ekoloji sistemlər 

5.1. Ekosistemin enerjisi 

5.2. Bioloji toplantı prinsipləri 

5.3. Ekosistemin bioloji məhsuldarlığı 

5.4. Ekoloji piramidalar 

5.5. Ekosistemin dinamikası 

5.1.1. Tsikllik dəyişmə, sutkalıq tsikllər 

5.2.2. Mövsümi tsikllər 

5.5.3. Çoxillik dəyişkənlik (tsikllik) 

5.5.4. Ekoloji suksessiyalar 

- İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar 

VI Fəsil. Biosfer 

6.1. Canlı maddə və biosferdə həyatın paylanması 

6.2. Təbiətdə maddələrin dövranı 

6.2.1. Təbiətdə maddələrin böyük (geoloji) dövranı 

6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı   

6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri  

Oksigenin dövranı 

Karbonun dövranı 

Azotun dövranı 

Kükürdün dövranı 

Fosforun dövranı 

VII Fəsil 

 

LANDŞAFT ƏSASINDA BİOSFERİN TƏBİİ EKOSİSTEMLƏRİNİN 

TƏSNİFATI 

 

7.1. Yerüstü biomlar (ekosistemlər)  

7.1.1. Tundra  

7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr  

7.1.3. Mülayim zonanın rütubətli iynəyarpaqlı meşə ekosistemləri  

7.1.4. Mülayim zonanın qışda yarpağı tökülən meşə ekosistemləri  

7.1.5. Mülayim zonanın bozqır ekosistemləri  

7.1.6. Səhra ekosistemləri  

7.1.7. Çapparal ekosistemləri  

7.1.8. Tropik bozqırlar və savannalar  

7.1.9. Yarım həmişəyaşıl mövsümi (yarpağı tökülən) tropik meşə ekosistemləri 

7.1.10. Cırtdan şam və ardıc ekosistemləri  


 

5

7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri 



 

7.2. Şirinsulu ekosistemlər  

7.2.1. Lentik ekosistemlər (göllər, prudlar)  

7.2.2. Lotik ekosistemlər (çaylar, bataqlıqlar)  

7.3. Dəniz ekosistemləri  

 

II HİSSƏ 

TƏTBİQİ EKOLOGİYA 

 

VIII Fəsil. ATMOSFER HAVASININ QORUNMASI 

 

8.1.Atmosferin quruluşu 



8.2.Atmosferin tərkibi və onun həyatın mövcudluğunda rolu 

8.3.Havanın təbii çirklənmə mənbələri 

8.4.Atmosferi süni çirkləndirən sənaye sahələri 

8.5.Alternativ enerji mənbələri 

8.6.Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi  

8.7.Elektromaqnit çirklənməsi 

8.8.Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi 

8.9.Atmosferin ozon təbəqəsi 

8.9.1. Ozon təbəqəsinin dağılması səbəbləri 

8.9.2.Ozon qatının mühafizəsi yolları 

8.9.3. Ozon qatının mühafizəsi üzrə Azərbaycan Respublikasının strategiyası 

8.10.Turşulu (turş) yağışlar 

8.11.Parnik (istilik) qazları və onların iqlim dəyişməsinə təsiri 

8.11.1.Antropogen parnik effektinin hidroiqlim nəticələri 

8.11.2.İqlimin dəyişməsinin qarşısının alınması tədbirləri  

8.11.3. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri 

8.11.4. Azərbaycanda iqlim dəyişgənliyi 

8.12.Atmosferə atılan tullantıların təmizlənməsi 

8.13. Tullantısız və aztullantılı istehsal 

8.14.Azərbaycanda atmosfer havasının vəziyyəti 

 

IX Fəsil. HİDROSFER (SUYUN QORUNMASI) 

 

9.1.Su – Yer üzərində həyatın əsasıdır 



9.2.Dünyada suyun istifadəsi 

9.3.Hidrosferin əsas xüsusiyyətləri 

9.4.Suyun qlobal dövranı və ya hidroloji tsikl 

9.5.Qurunun suları 

9.5.1.Quru sularının əsas funksiyaları 

9.6.Çay axınının nizamlanması (su anbarları) 

9.7.Azərbaycanda çay axınının nizamlanması (su anbarları və gölləri) 

9.8.Su anbarlarının ekoloji vəziyyəti 

9.9.Azərbaycanda göllərin ekoloji vəziyyəti 

9.10.Quru sularının çirklənməsi 



 

6

9.11.Azərbaycan Respublikası çaylarının ekoloji problemləri  



9.12.Kür və Araz çaylarının ekoloji problemləri 

 

X Fəsil. DÜNYA OKEANI VƏ DƏNİZLƏR 

 

10.1. Okean və dəniz ekosistemləri  



10.2.Dünya okeanının əhəmiyyəti 

10.3.Okean və dənizlərin ekoloji problemləri 

10.4.Dəniz sahillərinin və daxili dənizlərin ekoloji problemləri 

10.5.Dəniz və okeanların qorunması 

10.6.Xəzər dənizinin ekoloji problemləri 

10.6.1. Ümumi səciyyəsi 

10.6.2. Xəzər dənizinin ekoloji vəziyyəti 

10.6.3. Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemi 

 

10.6.4. Xəzərin neft və neft məhsulları ilə çirklənməsi 



10.6.5. Politiklik aromatik karbohidrogenlər 

10.6.6. Quyuların tikilişində və qazılmasında Xəzər dənizinin çirklənməsi 

10.6.7. Xəzər dənizinin antropogen evtrofikasiyası və onun ekoloji nəticələri 

 

XI Fəsil. LİTOSFER 

 

11.1.İnsanın Yer qabığına təsiri 



11.2.Torpaq sferinin (pedosferin) qlobal funksiyaları 

11.3.Yer qabığının mineralları və süxurları 

11.4.Süxurların aşınması 

11.5.Torpaqəmələgətirən amillər 



 

XII Fəsil TORPAĞIN QORUNMASI VƏ 

SƏMƏRƏLİ İSTİFADƏSİ 

 

12.1.Dünyanın torpaq ehtiyatları və istifadəsi 



12.2.Su və külək eroziyası 

12.3.Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri 

12.4.Gübrələrdən istifadənin ekoloji problemləri 

12.5.Pestisidlərdən istifadənin ekoloji problemləri 

12.6.Torpağın radionuklidlərlə çirklənməsi 

12.7.Suvarmanın ekoloji problemləri 

12.8.Azərbaycanda suvarmanın problemləri 

12.9.Səhralaşma – qlobal ekoloji problemdir 

12.10.Azərbaycanda səhralaşma problemi 

12.11.Azərbaycanda şorlaşmış və şorakətləşmiş torpaqların ekoloji problemləri 

12.12.Torpağın rekultivasiyası 

12.13.Azərbaycanda torpağın rekultivasiyası 

12.13.1. Dağ mədən sənayesi 

12.13.2. Azərbaycanın neftlə çirklənmiş torpaqları 

12.14.Azərbaycan Respublikası torpaq tiplərinin qısa xarakteristikası 


 

7

12.15.Azərbaycan Respublikasının  



aqroekoloji rayonlaşması  

12.16.Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması 

12.17.Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri  

 

XIII Fəsil. BİTKİ ÖRTÜYÜNÜN QORUNMASI 

 

13.1.Bitki örtüyünün ətraf mühitə təsiri və insan həyatında rolu 



13.2.Dünya meşələri 

13.3.Azərbaycanın bitki örtüyü 

13.3.1.Yarımsəhra və səhra bitki örtüyü 

13.3.2.Meşə bozqır və bozqır bitki örtüyü 

13.3.3.Meşə örtüyü 

13.3.4.Meşəlik faizi 

13.3.5.Düzən meşələri 

13.3.6.Dağ meşələri 

13.4.Meşəsizləşdirmə – qlobal ekoloji problemdir 

13.5.Azərbaycanda meşəsizləşdirmə problemləri 

13.6. Otlaqların istifadəsinin ekoloji problemləri 

 

XIV Fəsil. AZƏRBAYCANDA MEŞƏLƏRİN 



QORUNMASI VƏ BƏRPASI 

 

14.1.Təklif olunan xüsusi mühafizə təbiət obyektləri 



14.2.Relikt və qiymətli meşə sahələrinin mühafizəsi 

14.3.»Yaşıl abidələrin» qorunması 

14.4.Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpası  

14.5.Qovaq ağaclarının salınması 

14.6.Ardıc meşələrinin mühafizəsi və bərpası 

14.7. Qaraçöhrə 

14.8..»Adi» qozun yetişdirilməsi və artırılması yolları   

14.9.Pekan ağaclıqlarının artırılması 

14.10.Adi şabalıd meşələrinin bərpası 

14.11.Fıstıq meşələrinin bərpası 

14.12.Kənd təsərrüfatına yararsız yamaclarda qərzəkli ağac cinslərindən 

bağların salınması 

14.13.Azərbaycanda mövcud meşə zolaqları 

14.14.Tarlaqoruyucu meşə zolaqlarının salınması 

14.15.Suvarma şəbəkələri ətrafında qoruyucu (irriqasiya) meşə zolaqlarının 

salınması 

 

XV Fəsil. AZƏRBAYCANDA YAŞILLAŞDIRMA İŞLƏRİNİN 

VƏZİYYƏTİ 

 


 

8

XVI Fəsil. HEYVANAT ALƏMİNİN QORUNMASI 



 

Azərbaycanın heyvanat aləmi 



 

XVII. FƏSİL. LANDŞAFTLARIN QORUNMASI VƏ  

MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

17.1.Dünyanın müasir landşaftları 

17.2.Azərbaycanda landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi  

17.3.Bioloji müxtəliflik 

17.4.Torpağın bioloji müxtəlifliyi 

17.5.Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 

 

XVIII Fəsil. 

XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

18.1.Qoruqlar 

18.2.Yasaqlıqlar 

18.3.Milli parklar 



18.4.Azərbaycanın xüsusi mühafizə olunan əraziləri  

18.4.1.Qoruqlar 

18.4.2.Yasaqlıqlar 

18.4.3.Milli parklar 

18.4.4.Planlaşdırılan milli parklar 

 

XIX Fəsil. BEYNƏLXALQ TURİZM 

 

19.1.Azərbaycanda turizmin vəziyyəti 

19.2.Azərbaycanda beynəlxalq turizmin vəziyyəti 

 

XX Fəsil. BƏŞƏRİYYƏTİN SOSİAL  



PROBLEMLƏRİNİN EKOLOJİ ASPEKTLƏRİ 

 

20.1.Urbanizasiyanın ekoloji aspekti 



20.2.Azərbaycan Respublikasında urbanizasiyanın vəziyyəti 

20.3.Energetikanın ekoloji aspektləri 

20.4.Azərbaycanda energetika 

20.5.Dünyanın ərzaq problemi 

20.6.Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir 

20.7.Dünya əhalisinin sağlamlıq problemləri 

20.8.Ətraf mühitin mühafizəsi işində beynəlxalq əməkdaşlıq 

 

XXI Fəsil. YENİ SİVİLİZASİYA  



DÖVRÜNÜN EKOLOGİYASI 

 

21.1.İnkişafın alternativ yollarının axtarışı 



 

9

21.2.Davamlı inkişaf konsepsiyası 



21.3.Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 

21.4.Siyasi ekologiya 

21.5.Ekoloji hüquq 

21.6.Ekoloji təhsil 

21.7.Ekoloji informatika 

21.8.İqtisadi ekologiyalaşdırma 

21.9.Ekoloji mühəndisliyi 

21.10.Kosmosun mənimsənilməsi və ekoloji problemləri 

21.11.Sosial ekologiyanın qanunları insan fəaliyyətinin normativləri kimi 

 

Ədəbiyyat: 

Azərbaycan dilində 

Rus dilində 

Alman və ingilis dillərində 

 

 



 

10

GİRİŞ 

 

İnsan özü üçün nə lazımsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu 



sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə 

məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Belə ki, dünya 

əhalisinin sayının artımı onun tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan 

çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və 

istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat  əlaqələrinin 

mürəkkəbləşməsi və genişlənməsi – bu və ya digər amillər  ətraf mühitlə  bəşəriyyətin qarşılıqlı  əlaqəsinin 

güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur.  

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə  sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə 

reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə  dərindən yiyələnmədən 

təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır. Müa-

sir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, müəssisə  və dövlət rəhbərlərinin 

diqqət mərkəzindədir.  

Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). Lakin yunan sözü olsa da onu ilk dəfə alman biolo-

qu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı 

əlaqə haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya 

prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas 

vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı  təsirini öyrənməkdir. Müasir ekologiyanın diqqət mərkəzində 

ekosistemin konsepsiyasının – ekoloji paradiqmanın konstruksiyası  əsası durur. Ayrı-ayrı  fərdlər, populyasiyalar, 

növlər, qruplaşmalar və onların  ətraf mühitlə qarşılıqlı  əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab olunur, lakin 

müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sis-

tematika, genetika, biocoğrafiya və b.) məşğul olur.  

 

 

 



Şəkil 1. Ekologiyanın strukturu 

 

Ekoologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə 



qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii ehtiyatlara qarşı 

mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. 

Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir 

ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya 

elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, 

coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, 

atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın,  şəhərlərin ekologiyası, ekoloji 

biologiya, geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası, 



 

11

kosmik ekologiya və s. (Şəkil 2). Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, həm bütün 



təbiət, həm də sosial və iqtisadi elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən ekoloji 

sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və  tətbiqi ekologiyaya bölünür. Bir tədris kimi 

ekologiya 4 əsas bölməyə ayrılır: 1) antekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2) 

populyasiya ekologyiası, yaxud demekologiya; 3) ekosistem və ya qruplaşma ekologiyası, yaxud biosenologiya 

(biogeosenologiya); 4) biosfer haqqında təlim.  

Müasir ekologiyanın istiqamətinin digər təsnifatı 3 saylı şəkildə verilir. Biosfer ehtiyatlarından, planetimizin 

bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu 

gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə  də ekologiya elmi 

qanunauyğun surətdə elmin ön sırasında durur.  

Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin 

ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, 

insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. 

Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar 

tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin 

kasatlaşması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar)  və deqradasiyası 

nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi 

altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır. 

Yuxarıda verilən tərifə görə bir elm kimi ekologiyanın qarşısında çox müxtəlif vəzifələr durur, onlar 

aşağıdakılardan ibarətdir: 

- həyat təşkilinin, o cümlədən təbii sistemlərə və bütövlükdə biosferə antropogen təsirlərlə əlaqədar onun 

qanunauyğunluqlarını tədqiq etmək; 

  

 



Øÿêil 2. Ìöàñèð åêîëîýèéàíûí ñòðóêòóðó 

(Í.Ô.Ðåìåðñÿ ýþðÿ), 1994, äÿéèøèêëÿ 

 

- bioloji resursların səmərəli istifadəsinin (istismarının) elmi əsaslarını yaratmaq, insan fəaliyyətinin təsiri 



altında təbiətin dəyişməsini proqnozlaşdırmaq və biosferdə baş verən prosesləri, insanın yaşadığı mühitin 

saxlanmasını idarə etmək; 

- populyasiyanın sayını nizamlamaq; 

- zərərli növlərə (ziyanvericilərə) qarşı kimyəvi vasitələrin minimum istifadəsini təmin edən tədbirlər siste-

mini hazırlamaq; 

- landşaftın bu və ya digər komponentlərinin və elementlərinin xassələrinin təyin edilməsinin, o cümlədən 

təbii mühitin çirklənməsinin ekoloji indiqasiyası; 

- pozulmuş  təbii sistemlərin bərpa olunması, o cümlədən istifadədən çıxmış  kənd təsərrüfatı sahələrinin 

rekultivasiyası, otlaqların, gücdən düşmüş torpaqların, su hövzələrinin və s. bərpası; 

- sənayedən (istehsaldan) təsərrüfata keçmək; 

- biosferin etalon sahələrinin qorunub saxlanması.  


 

12

Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağlam 



ətraf mühitlə  təmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi və tullantısız 

texnologiyanın ekoloji əsaslarını  aşkar etmək; optimal və etibarlı  fəaliyyət göstərən süni (antropogen) 

ekosistemlər, xüsusilə kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin 

bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata 

keçirilməsi istiqamətinə yönəldilməlidir. 

 

 



Şəkil 3. 

 Ekologiya  və  ətraf mühitin mühafizəsi kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada və 

Azərbaycan Respublikasında ekologiya elminin tarixi; həyat mühiti və ekoloji faktorların geniş xarakteristikası; 

populyasiyalar, biosenozlar (biotik qruplaşmalar), ekosistemlər və biosferin ətraflı təhlili; landşaft əsasında bios-

ferin təbii ekosistemlərinin (yerüstü ekosistemlər – biomlar, şirinsulu və  dəniz ekosistemləri) təsnifatı; təbii 

ehtiyatların – atmosfer, hidrosfer, litosfer, torpaq və bitki örtüyünün dünyada və respublikamızda müasir 

vəziyyəti və ekoloji poblemləri; insanla təbii ehtiyatlar arasındakı qarşılıqlı əlaqələr; ekosistemin təbii və antro-

pogen dinamikası; xüsusi mühafizə olunan ərazilər; qoruqlar, yasaqlıqlar, milli parklar; beynəlxalq və daxili 

turizm; təbiəti mühafizə  tədbirləri; pestisidlərdən, gübrələrdən istifadənin və suvarmanın ekoloji problemləri; 

dünyada və respublikamızda meşəsizləşdirmə və səhralaşma problemləri; torpağın rekultivasiyası; bəşəriyyətin 

sosial problemlərinin (urbanizasiya, energetika, ərzaq və kənd təsərrüfatı, nüvə müharibəsi, əhalinin sağlamlığı) 

ekoloji aspektlər; yeni sivilizasiya dövrünün ekologiyası məsələləri.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin