MəMMƏdov qəRİb xəLİlov mahmud


XXI Fəsil. YENİ SİVİLİZASİYA



Yüklə 4,78 Mb.
səhifə14/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   10   11   12   13   14   15   16   17   ...   751
XXI Fəsil. YENİ SİVİLİZASİYA  

DÖVRÜNÜN EKOLOGİYASI 

 

21.1.İnkişafın alternativ yollarının axtarışı 




 

9

21.2.Davamlı inkişaf konsepsiyası 



21.3.Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 

21.4.Siyasi ekologiya 

21.5.Ekoloji hüquq 

21.6.Ekoloji təhsil 

21.7.Ekoloji informatika 

21.8.İqtisadi ekologiyalaşdırma 

21.9.Ekoloji mühəndisliyi 

21.10.Kosmosun mənimsənilməsi və ekoloji problemləri 

21.11.Sosial ekologiyanın qanunları insan fəaliyyətinin normativləri kimi 

 

Ədəbiyyat: 

Azərbaycan dilində 

Rus dilində 

Alman və ingilis dillərində 

 

 




 

10

GİRİŞ 

 

İnsan özü üçün nə lazımsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu 



sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə 

məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Belə ki, dünya 

əhalisinin sayının artımı onun tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan 

çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və 

istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat  əlaqələrinin 

mürəkkəbləşməsi və genişlənməsi – bu və ya digər amillər  ətraf mühitlə  bəşəriyyətin qarşılıqlı  əlaqəsinin 

güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur.  

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə  sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə 

reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə  dərindən yiyələnmədən 

təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır. Müa-

sir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, müəssisə  və dövlət rəhbərlərinin 

diqqət mərkəzindədir.  

Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). Lakin yunan sözü olsa da onu ilk dəfə alman biolo-

qu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı 

əlaqə haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya 

prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas 

vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı  təsirini öyrənməkdir. Müasir ekologiyanın diqqət mərkəzində 

ekosistemin konsepsiyasının – ekoloji paradiqmanın konstruksiyası  əsası durur. Ayrı-ayrı  fərdlər, populyasiyalar, 

növlər, qruplaşmalar və onların  ətraf mühitlə qarşılıqlı  əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab olunur, lakin 

müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sis-

tematika, genetika, biocoğrafiya və b.) məşğul olur.  

 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin