Ekoologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə
mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi.
Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir
ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya
elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası,
coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası,
atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji
biologiya, geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası,
11
kosmik ekologiya və s. (Şəkil 2). Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, həm bütün
təbiət, həm də sosial və iqtisadi elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən ekoloji
sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və tətbiqi ekologiyaya bölünür. Bir tədris kimi
ekologiya 4 əsas bölməyə ayrılır: 1) antekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2)
populyasiya ekologyiası, yaxud demekologiya; 3) ekosistem və ya qruplaşma ekologiyası, yaxud biosenologiya
(biogeosenologiya); 4) biosfer haqqında təlim.
Müasir ekologiyanın istiqamətinin digər təsnifatı 3 saylı şəkildə verilir. Biosfer ehtiyatlarından, planetimizin
bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu
gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə də ekologiya elmi
qanunauyğun surətdə elmin ön sırasında durur.
Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin
ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır,
insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır.
Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar
tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin
kasatlaşması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar) və deqradasiyası
nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi
altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır.
Yuxarıda verilən tərifə görə bir elm kimi ekologiyanın qarşısında çox müxtəlif vəzifələr durur, onlar
aşağıdakılardan ibarətdir:
- həyat təşkilinin, o cümlədən təbii sistemlərə və bütövlükdə biosferə antropogen təsirlərlə əlaqədar onun
qanunauyğunluqlarını tədqiq etmək;
Dostları ilə paylaş: