- bioloji resursların səmərəli istifadəsinin (istismarının) elmi əsaslarını yaratmaq, insan fəaliyyətinin təsiri
- zərərli növlərə (ziyanvericilərə) qarşı kimyəvi vasitələrin minimum istifadəsini təmin edən tədbirlər siste-
- pozulmuş təbii sistemlərin bərpa olunması, o cümlədən istifadədən çıxmış kənd təsərrüfatı sahələrinin
rekultivasiyası, otlaqların, gücdən düşmüş torpaqların, su hövzələrinin və s. bərpası;
- biosferin etalon sahələrinin qorunub saxlanması.
12
Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağlam
ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi və tullantısız
texnologiyanın ekoloji əsaslarını aşkar etmək; optimal və etibarlı fəaliyyət göstərən süni (antropogen)
ekosistemlər, xüsusilə kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin
bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata
keçirilməsi istiqamətinə yönəldilməlidir.
Şəkil 3.
Ekologiya və ətraf mühitin mühafizəsi kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada və
Azərbaycan Respublikasında ekologiya elminin tarixi; həyat mühiti və ekoloji faktorların geniş xarakteristikası;
populyasiyalar, biosenozlar (biotik qruplaşmalar), ekosistemlər və biosferin ətraflı təhlili; landşaft əsasında bios-
ferin təbii ekosistemlərinin (yerüstü ekosistemlər – biomlar, şirinsulu və dəniz ekosistemləri) təsnifatı; təbii
ehtiyatların – atmosfer, hidrosfer, litosfer, torpaq və bitki örtüyünün dünyada və respublikamızda müasir
vəziyyəti və ekoloji poblemləri; insanla təbii ehtiyatlar arasındakı qarşılıqlı əlaqələr; ekosistemin təbii və antro-
pogen dinamikası; xüsusi mühafizə olunan ərazilər; qoruqlar, yasaqlıqlar, milli parklar; beynəlxalq və daxili
turizm; təbiəti mühafizə tədbirləri; pestisidlərdən, gübrələrdən istifadənin və suvarmanın ekoloji problemləri;
dünyada və respublikamızda meşəsizləşdirmə və səhralaşma problemləri; torpağın rekultivasiyası; bəşəriyyətin
sosial problemlərinin (urbanizasiya, energetika, ərzaq və kənd təsərrüfatı, nüvə müharibəsi, əhalinin sağlamlığı)
ekoloji aspektlər; yeni sivilizasiya dövrünün ekologiyası məsələləri.
Dostları ilə paylaş: