FƏnn sillabusu təsdiq edirəm: c e. d. M. A. Abduyev



Yüklə 76,73 Kb.
səhifə1/3
tarix23.10.2019
ölçüsü76,73 Kb.
#29412
  1   2   3
Sillabus tarix 2019 payız


İlhama Garibova ASPU 2019




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİ

FƏNN SİLLABUSU


Təsdiq edirəm: c.e.d. M.A.Abduyev

(kafedra müdiri)

İmza:

Tarix: “____” _______2019-cu il
Kafedra: Ümumi coğrafiya

İxtisas: Coğrafiya müəllimliyi

İxtisas kodu: 050115

Qrup: 101-104

14.09.2019

I Fənn haqqında məlumat

Fənnin adı: __ Geodeziyanın əsasları, Topoqrafiya və Картография_____________

Tədris yükü (saat) cəmi: 75 s., mühazirə 45 s , məşğələ 30 , praktik (laboratoriya)

Tədris ili 2019/2020 Semestr III

Bölmə Azərbaycan

Fənnin kodu: İPF – B07

Kredit sayı (hər 15 saata 1 kredit) 5


II Müəllim haqqında məlumat: Qəribova İlhamə Əhməd qızı, Baş müəllim

(soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)


Məsləhət günləri və saatları: I gün saat 1000, V gün saat 1440 da

E-mail ünvanı: ilhama33@live.com

ilhama.garibova@yahoo.com

İş telefonu:- 465 41 86

Mobil: (994) 55 551 65 60



III Fənnin öyrənilməsi üçün materiallar
Zərurui ədəbiyyatlar:
1. R.X.Piriyev. Topoqrafiya və geodeziyanın əsasları – Bakı, 1994 - ci il

2. Q.Məmmədov, İ.Əhmədov “Geodeziya və kartoqrafiya” 2002.



3. S.A.Qəniyeva. Mühəndis geodeziyası. Ali məktəblər üçün dərslik. Bakı, “Elm və təhsil”, 2011

1. R.X.Piriyev «Kartoqrafiya». Maarif nəşriyyatı. Bakı, 2015, 344s

2. Q.Məmmədov, İ.Əhmədov “Geodeziya və kartoqrafiya” 2002.

3. А.И.Берлянт Картография, Москва 2002



Əlavə tövsiyyə olunan ədəbiyyatlar:



  1. Ю.В.Бурым «Топография», 2015

  2. A.Hüseynov “Coğrafiya xəritələri üzərində çalışmalar Bakı, 1989

  3. Н.А.Лапкина»Практические работы по топографии и картографии

  1. Fənnin təsviri və məqsədi:


Fənnin təsviri:Fənnin tədrisi “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Geodeziyanın inkişaf tarixi, Yerin forma və ölçülərinin təyin olunması, sadə planalma üsulları, teodolitlə planalma, plan və xəritə üzərində sahələrin ölçülməsi, layihənin yerə köçürülməsi, həndəsi nivelirləmə, müasir menzula ilə planalma, səhvlər nəzəriyyəsi, geodeziya şəbəkələri, peyk naviqasiya sistemləri, kartoqrafik proyeksiyalar və s. haqqında məlumat verilir.

Kartoqrafiya, coğrafiya xəritələri, proyeksiyalar, xəritələrin təsviri, qrafiki düzəldilib nəşrə göndərilməsi geniş öyrənilir. Fənnin tədrisində əsas yeri coğrafiya xəritələri, qlobus haqqında geniş məlumatı şagirdlərdə aşılamaq tutur. Proyeksiyaların qurulması isə kartoqrafiyanın əsasını təşkil edir və tələbələrə bu haqda geniş məlumat verilir. Daha sonra isə xəritədə obyekt və hadisələrin yerləşdirilməsi və bu zaman istifadə olunan təsvir üsulları oyrənilir. Fənnin tədrisində söz, əyani vəsaitlərdən və praktik metodlardan istifadə olunur.

Fənnin hədəf və məqsədi: Fənnin məqsədi Yerin forma və ölçülərini öyrənmək, plan, xəritə və profil tərtib etmək, geodezik alətlərlə tanış olmaq, planalmanın üsul və metodlarını, hərbi topoqrafiyadan məlumatlandırmaqdan ibarətdir. Yer səthində ölçmə və planalma işlərinin aparılması fənnin əsas tədqiqat üsulu sayılır. Kartoqrafiya fənnin məqsədi tələbələrdə xəritə və onun tərtib olunub hazirlanması və rədaktə işləri haqqında təsəffür yaratmaq və oyrətməkdir. Kartoqrafik proyeksiyaların həm təhrif həm də qurulma üsuluna görə təsnifatı veriləcəkdir. Kartoqrafik generalizasiya, obyekt vı hadisələrin təsvir üsulları, relyefin təsvir üsulları geniş şərh olunacaqdır. Daha sonra xəritələrin redaktə hazırlıq işləri, çapa hazırlıq və çoxaldılma üsulları izah olunacaq. Sonda kartoqrafiyanın tarixi haqqında geniş məlumat veriləcəkdir. Fənni öyrənən hər bir tələbə coğrafiya xəritəsi haqqında geniş məlumat əldə edir. Xəritə tərtibi zamanı kürə səthdən müstəvi səthə keçdikdə alınan təhrifləri geniş öyrənir. Kiçik miqyaslı xəritələrin və təsvir üsullarının dərindən dərk olunması əsas işlərdən biri kimi dərindən öyrənilir. Sonda isə tələbələr xəritənin nəşri və redaktə olunması üsulları ilə tanış olur. Eyni zamanda tələbələrin müstəqil elmi tədqiqatlar aparmaq üçün müəyyən mövzuları əlavə ədəbiyyatlardan əldə etmək, atlas, xəritələr və kontur xəritələr üzrə işləmək, müxtəlif xəritə-sxemlərini tərtib etmək vərdişinə nail olacaqlar.

Fənnin qısa məzmunu: Fənnin qısa məzmunu mühazirə, seminar (məşğələ) dərslərinin təqvim-tematik planı, tələbənin sərbəst işi üzrə təqvim-mövzu planını əhatə edir.

Geodeziya Yer səthini bütövlükdə və ya onun ayrı-ayrı hissələrini həndəsi nöqteyi nəzərdən öyrənən, rəqəmlər, profil, plan və xəritə şəklində təsvir edən elmdir. Geodeziyanın predmeti yer səthi, tədqiqat üsulu- ölçmə və planalma, məqsədi- insanları Yer və onun səthi haqqında rəqəm, plan və xəritə formasında olan məlumatlar və əmək alətləri ilə təhciz etməkdən ibarətdir.

Kartoqrafiya-təbiət və cəmiyyət hadisələrinin, coğrafiya xəritəsi və digər kartoqrafik əsərlərdə təsviri, bu təsvirlərin xüsusiyyətləri və istifadəsi üsulları haqqında elmdir. Başqa sözlə müasir kartoqrafiya-təbiət və cəmiyyət hadisələrini onların qarşılıqlı əlaqələrini, yerləşdirilməsi və zamanca dəyişilməsini xəritələrə və digər kartoqrafik modellərə əsasən əks etdirilməsi və tədqiqi haqqında elmdir. Kartoqrafiyanın inkişafı coğrafiya xəritələrində atlaslarda, relyef xəritələrində, qlobus və başqa kartoqrafik əsərlərdə özünü göstərir. Müasir kartoqrafiyanın inkişafında iki əsas tendensiya mövcuddu. Bir tərəfdən, texnologiya və avtomatlaşdırma ilə yaxından əlaqəli mühəndislik və texniki bilik kimi təkmilləşdirilmişdir elm, digər tərəfdən təbii və sosial-iqtisadi elmlər ilə yaxından əlaqədə olan elm. Müasir kartoqrafiyanın inkişafında ən perspektivli, sürətlə irəliləyən istiqamətlərdən biri- coğrafi xəritələşdirmədir. Bunlar əsasən təbii, iqtisadi, sosial xəritələrdən istifadə edərək coğrafi sistemlərin öyrənilməsidir. Coğrafi xəritələşdirmənin vəzifələri təbiətin qorunması və resurslardan səmərəli istifadədə, yeni torpaqların və su sahələrinin inkişafı, və s. hesab olunur.

Öyrənmənin nəticələri: Kursun tədrisi nəticəsində əldə olunacaq təcrübədən digər coğrafi fənlərin tədrisi və mənimsənilməsində istifadə oluna bilər.

Eyni zamanda tələbələrin müstəqil elmi tədqiqatlar aparmaq üçün müəyyən mövzuları əlavə ədəbiyyatlardan əldə etmək, atlas, xəritələr və kontur xəritələr üzrə işləmək, müxtəlif xəritə - sxemlərini tərtib etmək vərdişinə nail olacaqlar.

Fənnin konkret məqsədləri: Bu məqsədlər həftəlik olaraq konkret, real, müəyyən zaman çərçivəsində və ölçülə bilən (dəyərləndirilən) şəkildə müəyyən olunacaq və mühazirə, seminar və laborotoriya dərslərinin gedişində tələbələrə bildiriləcək.
Fənnin tədrisində istifadə olunan tədris metodları:

Bu tələblər aşağıdakı kimi müəyyən olunur:

  • Təqdimatın hazırlanması

  • Yazı ışı

  • Tapşırıqlar

  • Layihələr

  • Qrup işləri

  • Praktiki məsələnin təhlili

  • Laboratoriya işləri

  • Kurs işi

  • Kollokviumlar

  • İmtahan




  1. Kursun qaydaları:




  • Davamiyyət. Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin dərslərə davamiyyəti məcburidir. Bu səbəbdən də müəllimlər tədris etdikləri fənlər üzrə tələbələrin dərslərə davamiyyətinin düzgün qeydiyyatına cavabdehdirlər. Bütün dərslərdə iştirak edən tələbə 10 bal qazanır.Diqqət, 25% dən çox dərs buraxan tələbə imtahana buraxılmır!

  • Akademik plagiat. Plagiat (məsələn, yetərincə istinad verilmədən internetdən köçürmə), kollokviumlarda və ya imtahanda köçürmə cəhdləri (köçürmə baş tutmasa belə!) və ya digər tələbə ilə müzakirə (kömək etmək və ya kömək almaq cəhdləri) tələbənin həmin fəndən çıxarılmasına (akademik kredit borcuna) səbəb olur. Belə halları görən müəllim fakültə rəhbərliyini dərhal xəbərdar etməlidir.

  • Auditoriyada etik davranış qaydaları:

  • Dərsdə mövzudan kənar söhbətlər: dərsdə kənar söhbətlər tələbələrin fəal dinləmə və qavramasını çətinləşdirir. Başqalarına qarşı diqqətli olun, onların hüquqlarına hörmətlə yanaşın.

  • Diqqətsizlik:Məşğələ vaxtı dərsdən kənar vəsaitlərdən istifadə etmək qadağandır. Akademik dərs saatlarında tələbələrin müzakirələrə qoşulması gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə tədris olunan materialı mənimsənilməsinə kömək edir. Dərs vaxtı elektron qurğulardan ancaq tədris məqsədləri üçün istifadə etmək olar. Mobil telefonlar dərs vaxtı söndürülməlidir.

Tapşırıqlar siyasəti:

  • Tapşırıqların vaxtında verilməsi. Tapşırıqlar vaxtında tələbəyə təqdim olunmalı və nəzərdə tutulmuş müddətdə icra olunaraq, təhvil verilməlidir. Gecikdirilmiş tapşırıq qəbul edilməyəcək. Gecikdirilmiş tapşırıq qəbul edilməyəcək.

  • Təqdimatlar: Mövzu üzrə təqdimatlar, layihələr, hesabatlar və digər tapşırıqlar akademik saat ərzində təqdim olunur.Tapşırıqların qiymətləndirilməsi də dərs zamanı aparılır.


VI Tələbənin müstəqil işi üçün tapşırıqlar

Semestr ərzində _ sərbəst iş tapşırığı verilir, hər tapşırığın yerinə yetirilməsi _ balla qiymətləndirilir. Sərbəst işin mövzuları - qiymətləndirmə üsulu şifahi sorğu olduqda- əlyazma (referat), təqdimat olduqda isə Power Point təqdimatı formasında təhvil verilməlidir.

Sərbəst iş tələbənin fərdi fikirlərinin nəticəsi olduğundan plagiat yolverilməzdir.

Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən edilir.






Sərbəst işin

mövzusu

Sərbəst işin təhvil verilməsinin son tarixi

qiymətləndirmə üsulu

1

  1. Topoqrafik xəritələrin riyazi əsası




Referat, şifahi sorğu, təqdimat

2

Topoqrafik xəritələrin coğrafi məzmun elementləri



Referat, şifahi sorğu, təqdimat

3

  1. Planalma və onun növləri.




Referat, şifahi sorğu, təqdimat

4

  1. Sadə və dəqiq geodeziya alətləri




Referat, şifahi sorğu, təqdimat

5

Nivelirləmə və onun növləri




Referat, şifahi sorğu, təqdimat

6

Kartoqrafik proyeksiyalar haqqında ümumi məlumat




Referat, şifahi sorğu, təqdimat

7

Coğrafiya xəritələrinin təsnifatı




Referat, şifahi sorğu, təqdimat

8

  1. Xəritədə relyefin təsviri haqqında ümumi məlumat




Referat, şifahi sorğu, təqdimat

9

Xüsusi xəritələrdə obyekt və hadisələrin təsvir edilmə üsulları




Referat, şifahi sorğu, təqdimat

10

  1. Kartoqrafik generalizasiyanın növləri




Referat, şifahi sorğu, təqdimat


VII Semestr ərzində yerinə yetiriləcək laboratoriya işləri: (əgər varsa)
Semestr ərzində hər tələbənin 10 laboratoriya işi yerinə yetirməsi nəzərdə tutulur. Hər laboratoriya işinin yerinə yetirilməsinə görə 1 bal verilir. İşin yerinə yetirilmə ardıcıllığı aşağıdakı kimidir:

  1. Tələbə tapşırığın mövzusunu alır.

  2. Növbəti dərsə evdə həmin tapşırığın icmalını hazırlayır, öyrənir.

  3. Növbəti dərsdə işə aid sualları cavablandrdıqdan sonra təcrübəni yerinə yetirilməyə buraxılır.

  4. Təcrübəni yerinə yetirir, nəticələri dəftərinə yazır, müvafiq hesabatları aparır, qrafikləri(əgər tələb olunursa) qurur,təcrübənin xətasını hesablayır, dəftərində qeyd edir.

  5. Apardığı təcrübəyə aid ümumiləşdirici suallara cavab verdikdən sonra, 1 balla qiymətləndirilir.

kursundan_________ laboratoriya işləri:
Kurs işi: (əgər varsa): (əgər varsa)
Kurs işinin (layihəsinin) yazılması və müdafiəsi tələbənin müstəqil işinin əsas formalarından biri olub kursun proqramı üzrə tədris materialının mənimsənilməsinə nəzarət vasitəsidir. Kurs işinin mövzuları kafedra tərəfindən hazırlanır və semestrin əvvəlində ən geci 15 gün müddətinə fəntələbəyə paylanır. Onun hazırlanması, tərtibi və s. haqda tələbə məlumatlandırılır. Kurs işi tələbənin tədqiqatçılıq və yaradıcılıq qabiliyyətini formalaşdırmağa xidmət etdiyindən, plagiat yolverilməzdir.

Kurs işinin hazırlanması strukturu:

  • Giriş;

  • Mövzunun əsas məsələlərinin həlli (şərhi);

  • Nəticə (təkliflər);

  • İstifadə edilmiş ədəbiyyatın siyahısı.


İmtahanın keçirilməsi forması - yazılı,
Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”sini tələbləri əsas götürülərək.
Balların maksimum miqdarı – 100 bal.


  1. Semestr ərzində toplanan maksimum bal – 50 bal.




  1. Semestr ərzində toplanan maksimum bal – 50 bal.

Dərsə davamiyyətə görə

10 bal

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə

Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların adı, təqdim olunma şərtləri, vaxtı və qiymətləndirmə üsulu cədvəldə göstərilmişdir.

10 bal


Seminar (məşğələ) nəticələrinə görə

20 bal

Laboratoriya dərslərinin nəticələrinə görə

  1. bal

Yüklə 76,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin