MəMMƏdov qəRİb xəLİlov mahmud


Havanın  təbii  çirklənmə  mənbələri



Yüklə 4,78 Mb.
səhifə216/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   212   213   214   215   216   217   218   219   ...   751
 

8.3. Havanın  təbii  çirklənmə  mənbələri 

Qeyd  etdiyimiz  kimi  havanın  tərkibi  müxtəlif  qazların  qarışığından  ibarətdir. ( azot, oksigen, karbon qa-

zı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin  təbiətdə  belə  tərkibdə  təmiz  havaya  rast gəlmək  qeyri  

mümkündür. Həqiqətdə  isə  havanın  qaz  mühitində  çoxlu  xırda  bərk  və  maye  hissəciklər mövcuddur . Be-

ləliklə, hava  areozol  və  ya  dispers  sistem  halında  olur . Bu  çirkləndiricilər  havaya  biosferdən  daxil  olur. 

Ona  görə  ki, hər şeydən  əvvəl  hava  biosferin  bir  hissəsidir, orada  rast  gəlinən  bərk  və  maye  hissəciklər  

havanın  biosferin  digər  komponentləri, yəni  su, torpaq  və  canlı  orqanizimlərlə  qarşılıqlı əlaqəsinin  nəticə-

sidir (təzahürüdür).  

Təbiətdə  baş  verən  təbii  proseslər  dispers  hissəciklərlə  havanın  təchiz  ediciləridir .Güclü  vulkan  püs-

kürmələri  zamanı  xırda  bərk  və  maye  hissəciklərin  böyük  kütləsi  havaya  qalxır. Qazlarla  birlikdə  bu  his-

səciklər  20 km - dən  də  çox yüksəkliyə  qalxaraq  həftələrlə  havada  qala  bilir. Məsələn, 1883- cü  ildə  İndo-

neziyada  Krakatau  vulkanı  püskürən  zaman  vulkan  tozu  24  km  hündürlüyə  qədər  qalxaraq  5  ilə  yaxın  

havada  qalmışdır . Havada  qalan  hissəciklər un  və  süd  tozundan  da  xırda  olub  diametri orta  hesabla  

0,002  mm  olmuşdur .  

1912-  ci  ildə  Alyaskada  Katmay  vulkanı  püskürən  zaman  20  miliyard  m

toz  50  km yüksəkliyə  qədər  



qalxmışdır. 1975 – ci  ilin  iyul – sentyabrında  Kamçatkada  püskürən  Tolbaçik  vulkanının  məhsullarından  

biri  olan  tozun  gün  ərzində  miqdarı  antropogen  toz  tullantılarının  30 % - ə  yaxınını  təşkil  edirdi. Vulkan  

püskürmələri  zamanı  havaya  CO 

2

 –dən  başqa



 

 CO , H


2

, SO 


, H 


2

S , karbohidrogen  qazları  və s. buraxılır .  

Akad . V.İ.Vernadski  göstərirdi  ki ,  atmosfer  tozu  planetin  kimyasında  olduqca  böyük  rol  oynayır .  

Hər  il  Amerika , Afrika , Avstraliya  və  dünyanın  başqa  ölkələrində  yüzlərlə  baş  verən  meşə  yanğınları  

nəticəsində  tüstünün  xırda  bərk  hissəcikləri  10  və  100  km – lə  ərazilərdə  yayılır . 

Bozqır və  torf  yanğınları  da  mineral  tozların  əmələ  gəlməsinə  səbəb  olur.  

Dağ  süxurlarının  aşınması  və  dağılması  ,  torpaq  eroziyası  və  onunla  əlaqədar  baş  verən  qum  tufanla-

rı  zamanı  da  hava  xeyli  miqdarda xırda hissəciklərlə  dolur . Xüsusən  karbonatlı  süxurların  aşınması  zama-

nı  onun  tərkibindən  CO 

2

 ayrılır  və  atmosferə  daxil  olur. 



Sahili  çırpan  dalğalar  zamanı  dəniz  «tozları»  bir  neçə km – lərlə  havaya  qaxır, havada  quruyaraq  orada  dəniz  

duzları  qalır. Hətta  dənizlər  arasında  qalan  Tasmaniya  adalarında  atmosferdə  dəniz  səthindən  2000 m  yüksəkliyə  

qədər  xırda  hissəciklərə  təsadüf  olunur. Onların  tərkibində  müxtəlif  elementlər,  o  cümlədən  mis  müşahidə  olun-

muşdur . 

Sutka  ərzində Yer  səthinə  10  min  tonlarla  kosmik  tozlar  düşür. Kosmosdan gələn  bu tozların  mənşəyi  

hələ o qədər məlum deyil. Ola  bilər  ki , Günəşin  fəalliyyəti  nəticəsində  əmələ  gəlmişdir. Bu  tozlar  meteo-

ritlərin  yanmış  qalıqları  da  ola  bilər. 

Havada  üzvi  tozlara  da  rast  gəlinir. Bu  tozlar atmosferdə  yaşayan  aeroplanktonlardan , bakteriyalardan , 

göbələklərin  sporlarından , bitkilərin tozcuqlarından , bitki və heyvanların  çürümə,  qıcqırma  və  parçalanması  

məhsullarından  ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi  zamanı  da  havaya  tozcuqlar  buraxılır. 




 

112


Dəniz  səthindən 1600 m yüksəklikdə  havada  göbələk  və  ayıdöşəyilərin  sporlarına  təsadüf  edilir . Nəha-

yət  duman , bulud və  yağışlar  da  aerozol sayılır, onları  «su  aerozolları»  adlandırmaq  olar . 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin