MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə269/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   265   266   267   268   269   270   271   272   ...   751
IX Fəsil 

 

SUYUN QORUNMASI 

 

9.1. Su  yer  üzərində  həyatın  əsasıdır 

 

Hələ  antik  dövrdə  ətraf  mühit  haqqında  təbii – elmi  anlayışlar  irəli  sürərkən  Milet  məktəbinin  əsasını  



qoyan  qədim  yunan  mütəfəkkiri  Fales  (eramızdan  əvvəl  642 – 548  illər) təbiətin  bütün  hadisələrini  suyun  

hərəkəti  və  çevrilməsi  ilə  aydınlaşdıraraq  suyu  hər  şeyin  ilk  əsası  sayırdı, Falesin  bu  görüşləri  şübhəsiz  

digər  qədim  mütəfəkkir  -  Platonun (eramızdan  əvvəl  427 – 347  illər) fəlsəfəsinə  də  təsir  göstərdi . Suyun  

dövranı  ideyası  Platona  aiddir. Lakin  o, səhv  təsəvvürə  əsaslanıb  qeyd  edirdi  ki,  Yerin  bütün  səth  suları-

nın  bilavasitə  başlanğıcı  dəniz  suyudur. Lakin  Platonun  suyun  dövranı  haqqındakı  əsas  fikri  o  qədim  

dövr  üçün  dahiyanə  sayılırdı. 

Platonun   şagirdi  -  Aristotel ( eramızdan  əvvəl  384 – 352 – ci  illər)  suyun  dövranı  haqqında  öz  müəl-

limlərinin  fikrinə  böyük  dəyişiklik  etdi. Günəş  istiliyinin  təsirilə  suyun  dəniz  və  okeanların  səthindən  bu-

xarlanaraq   Yerin  yüksəkliklərində  kondensasiya  olunub   yağış   şəklində  düşərək  çayları  qidalandırması   

prosesini  ilk  dəfə  Aristotel  dərk  etmişdir. 

IX – əsrdə  ərəb  alimi  Maqsudi  Aristotelin  suyun  atmosfer  dövranını  təsdiq  edən  olduqca  sadə  və  

inandırıcı  təcrübə  apardı: dəniz  suyunu  buxarlandıraraq  onun  buxarından  şirin ( duzsuz) kondensat  aldı. 

Aristoteldən  sonra  uzun  əsrlər  ərzində  ümumiyyətlə  suyun, torpağın, odun ( atəşin ) və  havanın  qarşılıq-

lı  çevrilməsi  ehtimal  edilirdi  ki, 2  min  il  əvvəl  yaşamış  Hollandiya  kimyagəri  və  fizioloq  İ.Van – Hel-

mont  və  Avisenna ,ingilis  kimyaçısı  R.Boyl  da  bu  mövqedə  durmuşlar. Onlar  suyun  bir  maddə  olması  

haqqında  real  elmi  fikrə  gələ  bilməmişlər .Yalnız  XVIII  əsrin  sonunda  Avropa  fizikləri  əsərlərində  ( 

P.Laplas, A.Lavueze  və  b)  suyun  yalnız  iki  elementin  -  hidrogen  və  oksigenin  birləşməsi  olduğunu  təs-

diq  edərək  onun  digər  maddələrə  çevrilməsi  haqqında  çoxəsrlik  nəzəriyyəyə  son  qoydu . Bu,  suyun  tərki-

bi  və  xassələri  haqqında  müasir  elmin  başlanğıcı  oldu . 

Su  olduqca  qiymətli  sərvətdir. O , üzvi  həyatı  təşkil  edən  maddələr  mübadiləsi  proseslərində  çox  mü-

hüm  rol  oynayır. Suyun sənayedə və  kənd  təsərrüfatı  istehsalında  böyük  əhəmiyyəti  vardır. Torpağın  tərki-

bində  də  su  vardır. Bütün  canlı  orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil  olur. İnsan  orqaniz-

minin  ümumi  kütləsinin  

3

2



-si,  qanın  80  % - i  sudan  təşkil  olunmuşdur.Bir   çox  tərəvəz və meyvələrin  

kütləsinin  90 – 95 % - i sudan  ibarətdir. Su  olmadıqda  həyat  da  dayanır, çatışmadıqda  bitkinin  məhsuldarlı-

ğı  aşağı  düşür. Bir  çox  canlılar  su  mühitində  yaşayır.  

Su  təbiətdə  dövran  edərək  Yer  səthinin  formalaşmasında  iştirak  edir. Su  müxtəlif  qeyri – üzvi  maddə-

ləri  dağıdaraq , əridərək və daşıyaraq çökmə  süxurların yaranmasına  və  torpağın əmələ  gəlməsinə səbəb olur. 

Su  ucuz  elektrik  enerjisinin  mənbəyidir.Dənizlər  və  çaylarda  nəqliyyat  vasitəsi  kimi  istifadə  olunur. 

Sudan  sənayedə də istifadə olunur. Məsələn, 1 ton  polad  istehsal  etmək  üçün  120 m 

3

, 1 ton  kimyəvi  lif  



istehsalında  isə  2000m

3  


su  sərf  edilir. 

Kənd  təsərrüfatında  sudan  daha  çox  istifadə  olunur, süni  suvarılan 1 hektar topağa  saniyədə  orta  hesab-

la  bir l  su  gedir. Bir  ton  buğda  əldə  etmək  üçün  1500m

3

 , 1 ton  pambıq  becərmək  üçün 10 000m



3

 su  tə-


ləb  olunur .Vegetasiya  dövründə  1 hektar  qarğıdalı  sahəsinə  3000 m

3

 , 1 ha kələm  sahəsinə  8000 m



3

, 1 ha  


çəltik  sahəsinə  isə  12000-20000  m

3

 su  sərf  olunur. 



Əhalinin  məişətinə  də  çoxlu  su  sərf  olunur. İnsan  gün  ərzində  orta  hesabla  2 l su  qəbul  edir. Müxtəlif  

su  mənbələri  və  su  hövzələrindən  müalicə  rekreasiya  məqsədilə  istifadə  olunur. 

Alman  alimi  Hansın  fikrincə  Planetimizdə  içməli  su  həyatın  əsasını  təşkil  edir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin