Yazma metodikası
119
Sərbəst assosiasiya;
Assosiasiyalar zənciri;
Sürətli yazma;
Avtomatik yazma.
Sərbəst assosiasiya kreativ yazmanı tədris metodu kimi təbliğ edir.
Tələbə verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst asso-
siasiyalara dalma zamanı tələbə heç bir plan olmadan, yazmağa başlayır və
o mövzu ətrafında düşündükdə daxili şəkillər, düşüncələr və ideyalarını
daha yaxşı cəmləyə bilir. Assosiasiyaların biruzə verməsi çox zaman
mövzu ətrafında mətnin strukturunun yaradılmasına ilkin yardım göstərir.
Alınmış assosiasiyalar zənciri təfəkkürün içərisinə daxil olur və yazmanı
proses kimi təsvir edir.
Sürətli yazmada kreativ yazmanın praktiki tətbiqinə nəzər salınır.
Avtomatik yazmada isə dilin qrammatikasına, orfoqrafiyasına o qədər də
diqqət vermədən, ideyaların söz, söz birləşmələri və cümlələr şəklində
sürətlə yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır.
Sərbəst yazma metodu 1960–cı illərdə Ken Makror tərəfindən yaradıl-
mış və sonralar Peter Elbou tərəfindən inkişaf etdirimişdir [68].
Dostları ilə paylaş: