kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin
fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur.
Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar.
Güc ötürmə üsuluna görə:
Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur.
Sadə ötürmələr, burada silindrik və konik dişli çarx tətbiq olunur.
Planetar, burada planetar ilişmə tətbiq olunur.
Hidromexaniki sürətlər qutusu, burada dişli çarx ötürməsi hidromexaniki ötürmə
ilə kombinasiya olunur (hidromuftalar, hidrotransformatorlar).
Sadə sürətlər qutusu valların sayın görə də bölünürlər(bir vallı, iki vallı, üç vallı,
eyni oxlu). Burada ötrmənin növündən asılı olaraq da fərq mövcuddur (hərkətli
çarxlı, daimi iliş mədə olan, sinxronizatorların köməyi ilə ilişmə, friksion ilişmə).
Planetar sürətlər qutusunun aşağıdakı növləri mövcuddur:
İki sərbəstlik dərəcəsi malik olan,
Üç sərbəstlik dərəcəsi malik olan,
Dörd sərbəstlik dərəcəsi malik olan.
İdarəetmə üsuluna görə sürətlər qutusunun aşağıdakı növləri vardır:
Əl ilə sürəti dəyişmə
Mexaniki ötürmə, burada operatorun müdaxiləsi ilə dəyişmə baş verir.
Servoötürmə, burada operatorun müdaxiləsi ilə servoqurğu əsas işi yerinə yetirir.
Enerjinin çevrilmə üsulundan asılı olaraq servoötüremələr hidravlik, mexaniki,
elektrik, vakuum və s. olurlar. Avtomobillərdə hidravlik sistemlər geniş tətbiq
olunurlar.
Avtomatk sürətlər qutusu operatorun müdaxiləsi olmadan düşən yükün təsirindən
özü dövrlər sayını tənzimləyir.
Dostları ilə paylaş: