Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010


Page Setup (Səhifə parametrləri



Yüklə 1,37 Mb.
səhifə28/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Excel konspektler

Page Setup (Səhifə parametrləri / Параметры страницы) qrupundan Background (Arxa fon / Подложка) düyməsi basılır.

  • -Print Titles (Başlıqların çapı / Печатать заголовки) düyməsi başlıq sətirləri və ya başlıq sütunlarının bütün səhifələrdə təkrarlanması üçün istifadə edilir.

  • Bir qayda olaraq hər bir cədvəlin başlıq sətirləri olur və bunlara bəzən cədvəlin şapkası da deyilir. Adətən cədvəl böyük olduqda bir kağız vərəqdə yerləşmədiyindən onun şapkası yalnız birinci səhifədə çap olunur. Qalan səhifələrdə isə yalnız verilənlər – cədvəlin məzmunu çap olunur ki, bu da həmişə əlverişli deyil. Odur ki, böyük cədvəllərin başlığı (cədvəlin şapkası) bütün səhifələrdə çap olunduqda cədvəl daha rahat oxunur.

  • Elektron cədvəl bir kağız vərəqdə yerləşmədrikdə Excel proqramı onu bir neçə səhifəyə bölür və bu səhifələr ayrı-ayrı vərəqlərdə ardıcıl çap olunur. Böyük elektron cədvəl səhifələri bölgü zamanı susmaya görə avtomatik nömrələnir.

  • Bölünmüş səhifələr iki üsulla çap edilə bilər:

  • a). əvvəlcə bütün horizontal hissələr soldan sağa və sonra növbəti horizontal hissələr soldan sağa və s. çap olunur;

  • b). əvvəlcə birinci sütun üzrə hissələr və sonra növbəti sütun üzrə həssələr və s. ardıcıl çap olunur.

  • Yuxarıda baxılan dialoq pəncərəsində bu üsullardan birini seçmək olar (şəkil 4.9). Bunun üçün həmin pəncərənin aşağısında əks olunmuş Down, then over(Aşağı, sonra sağa/Вниз, затем вправо) və ya Over, then down (Sağa, sonra aşağı/ Вправе, затем вниз) rejimlərindən birini seçmək lazımdır. Bu rejimlərdən biri seçilən kimi səhifələrin nömrələnmə ardıcıllığı dəyişir.




    Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   24   25   26   27   28   29   30   31   ...   34




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin