524. Öz bağında qanunsuz olaraq narkotik xassəli
bitkiləri kultivasiya edən şəxs tutulduqdan sonra əkib
yetişdirdiyi bitkilərin narkotik xassəli olduğundan xəbərsiz
olduğunu və belə bitkiləri kultivasiya etməyin cinayət
olduğunu bilmədiyini bildirərək başlanılmış cinayət işinə
xitam verilməsini ibtidai istintaq orqanından xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının hansı
müddəasına əsasən təqsirləndirilən şəxsin xahişi təmin oluna
bilməz?
- Azərbaycan Respublikası Konstitusiyasının 72-ci
maddəsinin III hissəsinə əsasən. Belə ki, bu müddəaya görə
qanunu bilməmək məsuliyyətdən azad etmir.
525. Azərbaycan Respublikası Konstitusiyasının VI fəsli
necə adlanır?
- “İcra hakimiyyəti” adlanır.
526. Azərbaycan Respublikası Konstitusiyasının VII fəsli
necə adlanır?
- “Məhkəmə hakimiyyəti” adlanır.
Dostları ilə paylaş: |