124. Hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas
verir?
- Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə
bilməz.
125. Kimlər ana dilindən istifadə hüququndan məhrum
edilə bilər?
- Heç kəs.
126. Kimlərə işgəncə və əzab verilə bilər?
- Heç kəsə.
127. Hansı halda şəxs insan ləyaqətini alçaldan rəftara və
ya cəzaya məruz qala bilər?
-Heç bir halda.
128. Özünün könüllü razılığı olmadan şəxsin üzərində
tibbi, elmi və başqa təcrübələr aparıla bilərmi?
- Xeyr, aparıla bilməz.
129. Kimlər öz fikir və əqidəsini açıqlamağa və ya fikir
və əqidəsindən dönməyə məcbur edilə bilər?
- Heç kəs.
130. Hansı xarakterli təşviqata və təbliğata yol verilmir?
- İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan
təşviqata və təbliğata yol verilmir.
Dostları ilə paylaş: |