Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3



Yüklə 259,35 Kb.
səhifə19/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

19

Ağciyər vərəmi olan xəstələrə cərrahi müdaxilələrin 



aparılmasına dair əks-göstərişlər 

Ağciyər vərəmi olan xəstələrdə  cərrahi müdaxilələrin 

aparılmasına dair əks-göstərişlərin işlənib hazırlanmasının məntiqi 

əsasını  cərrahi müdaxilələrin səbəb ola biləcəyi ağırlaşmaların və 

mənfi nəticələrin qarşısının alınması təşkil edir.  

Düzgün müəyyən edilmiş göstərişlər və  cərrahi müdaxilənin 

vaxtı,  əməliyyatın növünün və  həcminin düzgün seçilməsi, cərrahi 

əməliyyatın aparılmasına dair qaydalara və texniki yanaşmalara 

riayət olunma infeksiya fəsadlaşmalarının (plevranın empiyeması, 

bronxoplevral fistul, əməliyyat yarasının irinləməsi) və  ağciyər 

qanaxmalarının minimal həddə gətirilməsinə imkan verir. 

Lakin bu fəsadlaşmalardan başqa  əməliyyatdan sonrakı dövrdə 

tənəffüs və ürək-damar sistemində funksional pozuntuların baş 

vermə  təhlükəsi də mövcuddur. Bu problem ÇDD olan vərəm 

xəstələrində  cərrahi  əməliyyatlar aparıldıqda xüsusi əhəmiyyət kəsb 

edir, belə ki, bu xəstələrin çoxlarında xronik vərəm fonunda tənəffüs 

funksiyası və qan dövranı pozuntuları mövcud olur. Onların çoxunda 

sağ  mədəcik tipli ürək-damar çatışmazlığı (ağciyər ürəyi), bu və ya 

digər dərəcədə ventilyasiya, perfuziya pozuntuları və hətta ağciyərlər 

qabiliyyətinin diffuz pozuntusu formalaşır. Bu, ürəyin sağ 

şöbələrində  və  ağciyər arteriyasında hipertenziyanın inkişafı ilə 

müşahidə olunur. Dəyişikliklər ağır olduqca sağ və sol mədəcik tipli 

ürək çatışmazlıqları təzahürləri əmələ gəlir. 

Bundan başqa, belə  xəstələrin kifayət qədər böyük hissəsində 

əməliyyatdan sonrakı dövrdə ürək-damar sisteminin çatışmazlığına 

gətirə bilən ağciyərin və ürək-damar sisteminin yanaşı gedən 

xəstəlikləri müşahidə edilir (ağciyərin xronik obstruktiv xəstəliyi, 

silikoz, koronarokardioskleroz, miokardiodistrofiya və s.). 

Bütün sadalananlar ÇDD olan vərəm xəstələrinin  əhəmiyyətli 

hissəsində 

cərrahi 

əməliyyatın aparılması imkanlarını 

məhdudlaşdırır. Bəzi tədqiqatlara  əsasən ÇDD olan vərəm 

xəstələrinin təxminən 2/3 hissəsində  ağciyərin vərəmlə  zədələnən 

payının böyük olması  və ya tənəffüs pozuntusu səbəbindən cərrahi 

müdaxilənin aparılması imkanları məhdudlaşır. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

20


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin