Simmetrik və asimmetrik, statik və dinamik əşyalar və onların
kompleksi çox qruluş variantına malikdir. Hər kompozisiya
özünəməxsus xassə və təbiətindən əmələ gəlir. Məs: təyyarələrin,
gəminin və s. görünüşün həlli kompozisiyanın tam həlli ilə
nəticələnməli deyil, həm də onların kütlələrinin hərəkət oxu
istiqamətində statik mütənasibliyi gözlənilməlidir. Bu halda
mexanizmlərin xarici görünüşünün simmetriyası və daxili
quruluşunun asimmetriyası (texniki funksiyanı yerinə yetirən zaman)
canlı əlaqədə olmasını görmək olar. Başqa tərəfdən isə yüksək sürətli
nəqliyyat vasitələrinin kompozisiyalarının əsasları dinamika və
axıcılıq formasında olub, hərəkəti ox boyu istiqamətində olmalıdır.
Deməli, dinamika və axıcılıq sürətli nəqliyyat növləri üçün hərəkət
oxboyu istiqamətində gözlənilməlidir. Bu forma ayrodinamika,
qazodinamika və hidravlika qanunları
əsasında müəyyən
olunur.Təyyarə və avtomobillərin yüksək axıcılıq forması onların
sürətini artıran zaman yanacağın məsrəfinin nisbətən artması
53
funksional qanunauyğunluqdur (Şəkil 39). Kiçik sürətlərdə bu
axıcılığın olmazlığı o qədər də vacib deyil, çünki, burada yalnız bütün
güc tələb olunur (traktor, yol nəqliyyat maşınları və s.).