Şəkil 40. Metrik və ritmik təkrarlanma
Şəkil 41. Metrik sıralar
a-sıralanmamış; b,v-sıralanmış
55
Şəkil 42. Metrik və ritmik sıralar
Ritm –
(yunanca quruluşa uyğun ölçü ) ardıcıllığın daha
mürəkkəb forması, elementlərin ardıcıl olaraq təkrarlanması deməkdir.
Bədii əsərin quruluşuna dəqiqliyinə təsir edir və onu daha da
təkmilləşdirir, daha baxımlı edir (şəkil 41, 42).
Ritmin də miqyas kimi öz xüsusiyyətləri vardır. Ritm binaların
elementlərinin, əşyaların istehsalat dəzgahlarının sayının, formasının,
ölçüsünün artmasını və ya azalmsını, təkrarlanmasını xarakterizə edir.
Ritmik sıralar azalan və artan, kontrast və nüans olur. Ritm aydınlığa
dəiqliyə təsir edir, konstruksiyaların quruluşunun tam və daha baxımlı
olmasını saxlayır.
Musiqidə ritm – səslərin müəyyən nizamla qanunauyğun olaraq
təkrarlanmasıdır. Xoreoqrafiyada ritm – insan bədəninin ardıcıl və
baxımlı hərəkətinin musiqi ilə birlikdə təzahürüdür.Beləliklə, ritm
elementin formanın və onların arasındakı intervalın qanunauyğun
dəyişməsindən əmələ gəlir. Bərabər intervalla elementlər təkrarlanırsa,
buna metrik ritm, müxtəlif intervallarda elementlər təkrar olunursa,
(həndəsi və ya müxtəlif silsilə ilə) buna ritmik sıra deyilir.
|