Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Siracəddin Ürməvinin fəlsəfi baxışları



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə132/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   307
333 felsefe muhazireler toplusu eyani

Siracəddin Ürməvinin fəlsəfi baxışları
. XIII əsrdə yaşamış Azərbaycanın fi-
losoflarından biri də Siracəddin Urməvi (1198-1283) olmuşdur. 
Siracəddin Mah-
mud Əbubəkr oğlu Urməvi
Azərbaycanın körkəmli məntiqçi, təbiətşünas filosof-
dur. Mənbələrdə Siracəddin Urməvinin çox əsəri haqqında mə'lumat verilir: Mənti-
qə və fəlsəfəyə dair “Nurların doğuşları”, “Hikmət incilikləri”, “Həqiqətin bəyani”, 
“Metodlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektika təliminə dair traktat-
lar” və s. Filosof bu əsərlərdən savayı İbn-Sinanın “İşarələr və qeydlər”, Əfzələd-
din Xunəçinin “Məntiqə dair xülasə” kitablarına, habelə başqa traktatlara şərhlər və 
haşiyələr həsr etmişdir. 
Azərbaycan mütəfəkkirinin əsərləri içərisində daha keniş şöhrət tapan “Nurla-
rın doğuşları” kitabıdır. Alimlər bu kitabı məntiqə, fəlsəfəyə dair ən yaxşı əsərlər 
sırasına salmış, onun görkəmli filosoflar, məntiqçilər tərəfindən yüksək qiymətlən-
dirildiyini yazmışlar. Yaxın və Orta Şərq ölkələrində zəngin bilik mənbəyi olan 
“Nurların doğuşları” kitabına aid şərh və haşiyələrin sayı 30-dan çoxdur. Siracəd-
din Urməvi özünün varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq ilə şərq peripatetizmi-
ni zənginləşdirmişdir. Filosof varlığın Fərabi, İbn Sina və Fəhmən tərəfindən köstə-
rilən vacib və mümkün cisimlərə bölündüyünü qəbul etmiş, səbəb və nəticə əlaqə-
darlığında onların hər ikisini əzəli və əbədi saymışdır: “əzəli olan şey məhv olmaz, 
çünki əzəli ya vacib varlıq, ya da vacib varlığın nəticəsidir”. Filosof bu fikrin üzə-
rində dayanaraq bir daha yazır: “Vacib varlığın nəticəsinin məhv olması qeyri-
mümkündür”. Siracəddin Urməvi hərəkət, məkan və zaman kateqoriyalarının ay-
dınlaşdırılmasına mühüm yer vermiş, onların hər birinin şərhinə “Nurların doğuşla-
rı” kitabında xüsusi fəsil ayırmışdır. Filosof digər şərq peripatetikləri kimi hərəkət, 
kəmiyyət, keyfiyyət, məkanı vəziyyətə görə müəyyənləşdirmiş, onların müxtəlif 
növlərini göstərmmşdir. O, elm öyrənməyi, az bilikdən mükəmməl biliyə keçməyi, 
habelə sevinməyi, kədərlənməyi, rəğbət bəsləməyi, nifrət etməyi və s. halları da hə-
rəkət növləri bilmişdir. Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, 
keyfmyyətlərini araşdırarkən bir sıra qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kaina-
tın geosentrik nəzərmyyəsini qəbul edən alimin təsəvvüründə maddi aləmi iç-içə 
yerləşmiş göylər, onların planetləri və yer kürəsi təşkil edir. Onun fikrincə, ulduzlar 
üzükdə qiymətli qaş kimi göy sferalarında qərar tutmuşdur. Təbiətşünas filosof 
göstərir ki, göylərin dövrləri arasında müəyyən zaman fərqləri mövcuddur. Hər gö-
yün iki nöqtədə dövrü olur, onu qütb adlandırırlar. Göylərin dövrləri müəyyən say-
larla hesablanır. Belə ki, bir dövrü Ay göyü bir ayda, Günəş göyü bir ildə, Yupiter 
göyü 12 ildə, Saturn göyü 30 ildə başa vurur. Göylərin hərəkət sür'əti onların kiçik-
liyindən, yaxud böyüklüyündən asılı deyildir. 
Siracəddin Urməvi Yer kürrəsinə mövcud planetlərdən biri kimi baxmaqla ya-


146
naşı, ona məskənimiz olması cəhətdən xüsusi diqqət yetirmiş, insanı əhatə edən 
şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy cisimləri-
nin, ilk növbədə Günəşin və Ayın yerə təsiri, yerdəki həyat üçün mühüm amil ol-
ması barədə də söz açmışdır. Siracəddin Urməvinin idrak nəzəriyyəsində hissin 
(duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün qiymətləndirilmiş, insanın 
bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir. 
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur. 
Onun fikrincə, məntiq məlum (bilavasitə) bilikdən məchul (vasitəli) biliyə keçərkən 
insanı təfəkkür xətalarından qoruyan qanundur. 
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri, xüsusən dərin 
məzmunlu məntiq təlimi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin