Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


irsi, başqa sözlə, ölkədaxili poten-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə129/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   307
333 felsefe muhazireler toplusu eyani

irsi, başqa sözlə, ölkədaxili poten-
sial imkanlar Azərbaycanda İntibahın baş verməsinə şərait yaradırdı. 
Azər-
baycan və bütövlükdə İslam Şərqi fəlsəfəsində İntibah yerli fəlsəfi irsin qədim yu-
nan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf edərək, sonradan Qərb və Şərq fəlsəfəsi-
nin inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi fikrinin İntibahı təbiətşünaslıq 
elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi və s. mənəvi 
mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi təlimlərini bəhrələndirən 
fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi. 


143
XI–XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini 
yunan-Roma fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi oriji-
nallığı ilə fərqlənən Şərq peripatetizmi, işraqilik, sufilik və s. cərəyanların fəl-
səfi ideyalarını əks etdirən xüsusi risalələrdə, təfsir, teoloji və teosofiya məz-
munlu əsərlərdə və fəlsəfi poeziyada əksini tapmışdı. Sonralar Şərqin klassik 
irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi fikrin müxtəlif sahələrini 
təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş diapazonu və 
dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olmuşdur. 
Azərbaycanda İslam peripatetizmi. 
Azərbaycanda feodal istehsal münasibət-
lərinin tam bərqərar olub inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi 
(materializm ilə idealizm arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin 
nəzəriyyəsi) üsulunda meydana gəlib inkişaf etmişdir. XI-XII əsrlər dövründə, 
Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam dinini əsaslandırmağa xidmət 
edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları.
XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin