Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


İşraqilik fəlsəfəsi. Şihabəddin Yəhya Suhrəvərdi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə137/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   307
333 felsefe muhazireler toplusu eyani

İşraqilik fəlsəfəsi. Şihabəddin Yəhya Suhrəvərdi
(1154-1191). Şihabəddin 
Əbülfütuh Yəhya Həbəş oğlu Suhrəvərdi böyük filosof, işraqilik fəlsəfəsinin bani-
sidir. 
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm, sufizm və iş-
raqilik məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və tə-
biətşünaslığa dair “Qeydlərində” (Əl-təlvihat), “Müqavimətlər” (Əl-müqavimət), 
“Baxışlar” (Əl-ləməhat) və başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatı-
nı hazırlamış, peripatetik təlimini inkişaf etdirmişdir. “Filosofların görüşləri” trak-
tatında Şərq peripatetizmini ortodoksal islam ideoloqlarının hücumlarından qoru-
muşdur. “Cəbrail qanadının səsi”, “Qızğın əql”, “Bir gün sufi camaatla birlikdə”, 
“Uşaqlıq haləti haqqında”, “Qarışqaların dili”, “Simurğun civiltisi”, “Ürəklərin ba-
ğı” (yaxud “Ürəklərin çəməni”) və başqa traktatlarında o öz sufi sələflərinin ideya-
larını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur. 


150
Şihabəddin Suhrəvərdinin “İşıq heykəlləri”, “İmaməddin lövhələri”, “İşıqna-
mə”, xüsusən “İmraq fəlsəfəsi” və bir sıra başqa əsərlərində işraqilik təliminin baş-
lıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uy-
ğundur. Şiraqilik (Əl-işraqiyyə) bu sözdən əmələ gəlib, «işrağa məxsus» deməkdir. 
Bu təlimə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın 
zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə 
digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla işraqilik fəl-
səfəsində Şərq peripatetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan ye-
ni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. İşraqilik fəlsəfəsində idrakın hissi, əqli 
və intuitiv mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrə-
vərdinin poeziyasında daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çı-
xan mütəfəkkir bədxah insanları əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xal-
qa layiqli adam başçılıq etməlidir, O, deyirdi “siyasət onun əlində olarsa, zaman 
işıqlı olar”. 
Şihabəddin Suhrəvərdinin fəlsəfəsini, xüsusən onun işiraqilik təlimini Şəmsəd-
din Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-
1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar 
inkişaf etdirmişlər.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin